Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    İnsanlara təsir göstərmək

    Məsihin həyatı Onu Allahla və bütün bəşər ailəsilə bağlayan sonsuz, hüdudsuz təsir idi. Məsihin vasitəsilə Allah insanı elə bir təsirlə əhatə etmişdir ki, bu Ona yalnız Özü üçün yaşamaq imkanı vermir. Müstəqil varlıqlar olaraq, biz öz həmqardaşlarımızla bağlıyıq və Allaha məxsus olan böyük ailənin üzvləriyik. Bir-birimizə qarşı vəzifələrimiz bundan irəli gəlir. Heç bir adam başqalarından, öz yaxınlarından tam azad ola bilməz, hər bir şəxsin firavanlığı digərlərinin firavanlığından asılıdır. Allahın məqsədi ondan ibarətdir ki, hər bir adam kiməsə lazım olduğunu hiss etsin və başqalarına xoşbəxtlik gətirmək imkanları arasın.HD 263.1

    Hər bir adamın ətrafında özünə məxsus atmosfer yaranır, bu ya həyat verən iman, cəsarət, ümid və məhəbbət atmosferidir, ya da ağır və soyuq, qəmgin, əhatəmizdə olan hər şeydən narazılıq, qısqanclıq, özünəməhəbbət, ürəkdə bəslənən günahın ölümgətirən nəfəsi ilə zəhərlənmiş atmosferdir. Bizi əhatə edən atmosferlə istər-istəməz bizimlə ünsiyyətdə olan hər bir insana təsir edirik.HD 263.2

    Bu elə bir məsuliyyətdir ki, biz ondan azad ola bilmirik. Bizim sözlərimiz, əməllərimiz, geyimimiz, hətta üzümüzün ifadəsi — bunların hamısı təsir edir. Beləliklə, başqalarına göstərdiyimiz təsir müəyyən yaxşı və pis nəticələrə gətirir ki, onları ölçmək və qiymətləndirmək qeyri-mümkündür. Bizdən törəyən һәг bir istək başqalarında əkilən toxumdur ki, o da öz növbəsində öz məhsullarını verəcəkdir. Bu, müxtəlif insanların həyatındakı hadisələrin ucu görünməyən üfüqlərə qədər uzanan zəncirinin bir halqasıdır. Əgər öz nümunəmizlə biz başqalarına özlərində xeyirxah prinsipləri inkişaf etdirməyə kömək ediriksə, bununla onlara yaxşılıq etmək üçün güc veririk. Onlar öz növbələrində bu təsiri başqalarına, başqaları isə digərlərinə keçirəcəklər. Buna görə də bizim dərk etmədiyimiz təsirimiz minlərlə insan üçün xeyir-dua ola bilər.HD 263.3

    Gölə bir daş atsaq, görərik ki, suyun üzü ilə o biri sahilə çatana kimi bir-birinin dalınca dalğalar yayılacaq. Eləcə də bizim hətta düşünülməmiş və qəsdən edilməmiş təsirimiz başqa insanlar üçün xeyir-dua, yaxud lənət ola bilər.HD 264.1

    Xasiyyət — böyük təsirə malik olan qüvvədir. Həqiqi, təmənnasız, mömin həyatın sakit şəhadəti təkzibedilməz təsir bağışlayır. Öz həyatımızda Məsihin xasiyyətini açaraq, biz insanların xilas edilməsi işində Onun həmişçiləri oluruq. Biz yalnız o zaman Onunla uğurlu əməkdaşlıq edə bilərik ki, ətrafımızdakılar bizim həyatımızda Onun xasiyyətinin əks olunmasını görə bilsinlər. Təsir sahəmiz nə qədər geniş olarsa, bir o qədər çox yaxşılıq edə bilərik. O zaman ki özlərini Allahın qulları hesab edənlər öz gündəlik həyatlarında İlahi Qanunun prinsiplərini rəhbər tutaraq Məsihin nümunəsinə oxşamağa çalışacaqlar, o zaman ki onların hər bir əməli Allahı hər şeydən çox sevdiklərinə və öz yaxınlarını özləri kimi sevdiklərinə şəhadət edəcəkdir, onda imanlılar cəmiyyəti dünyanı dəyişmək gücünə malik olacaqdır.HD 264.2

    Lakin unutmaq olmaz ki, insanın təsiri eyni dərəcədə şərə də xidmət edə bilər. Öz canını itirmək dəhşətlidir, başqa canların ölümünə səbəb olmaq bundan da dəhşətlidir. Bizim təsirimizin ölümgətirən ola biləcəyi fikri qorxudur; lakin bu mümkündür. Özlərini Məsihlə birləşən adlandıranların çoxu, əslində, insanları Ondan uzaqlaşdırırlar. Məhz buna görə imanlılar cəmiyyəti bu qədər zəifdir. Çoxları tənqid və ittiham etməyi özlərinə rəva bilirlər. Şübhələri, paxıllıqları və narazılıqları ilə onlar şeytana üzərlərində hakim olmaq ixtiyarı verir və onun əlində alətə çevrilirlər. Onlar nə etdiklərini dərk edənə kimi bəşər düşməni onların vasitəsilə öz məqsədinə çatır. Şər artıq öz təsirini göstərdi, kiməsə artıq kölgə salındı, şeytanın oxları öz hədəfinə çatdı. Şübhələr, imansızIıq və hətta açıq allahsızlıq hissləri başqa şəraitdə Məsihi qəbul edə biləcək insanlara hakim kəsilir. Bu zaman onların bədbinliyə sövq etdikləri adamlara şeytanın köməkçiləri rahatlıqla baxırlar və bu səbəbdən daşlaşmışları, irad və xahişlərə kar olmuşları müşahidə edirlər. Onlar öz-özlərini tərifləyirlər ki, başqaları ilə müqayisədə onlar saleh və xeyirxahdırlar. Bu zaman dərk etmirlər ki, bu zavallılar məhz onların məhdudiyyət bilməyən dilinin və üsyankar ürəyinin nəticəsində itirildilər. Məhz onların təsiri nəticəsində bu zəif canlar sınağa düşdülər.HD 264.3

    Beləliklə, özlərini məsihçi adlandıranların həyatında təzahür edən yüngüllük, özünə qarşı güzəştli münasibət, qayğısızlıq və laqeydlik bir çox canları həyat yolundan çəkindirir. Məsihin belə davamçılarından olanlar Allahın hökm günündə öz pis təsirlərinin məhsulları ilə qarşılaşmağa qorxacaqdırlar.HD 265.1

    Biz bu istedaddan yalnız Allahın lütfü vasitəsilə düzgün istifadə edə bilərik. Öz-özlüyündə bizdə elə bir şey yoxdur ki, başqalarına yaxşı təsir bağışlasın. Öz şəxsi köməksizliyimizdə özümüzə hesabat verib və Allahın gücünə ehtiyacımız olduğunu dərk edərək, biz heç bir şeydə özümüzə arxalanmayacağıq. Biz hər bir günün, saatın və hətta anın hansı nəticələr verəcəyini bilmədiyimizə görə heç bir günümüzü öz taleyimizi Səmavi Atamıza həvalə etmədən başlamamalıyıq. Onun mələkləri bizə nəzarət edirlər və əgər özümüzü onların rəhbərliyi və mühafizəsi altına təslim etsək, hər cür təhlükə anında onlar bizim yanımızda olacaqdırlar. O zaman ki, biz özümüzdən asılı olmayaraq pis təsir göstərmək qarşısında olacağıq, mələklər onda da yanımızda olacaqlar ki, bizi düzgün qərara istiqamətləndirsinlər, lazımi sözlər öyrətsinlər və bizim hərəkətlərimizə təsir etsinlər. Buna görə bizim təsirimiz sakit, nəzərəçarpmaz, lakin başqalarının Məsihə və səmavi aləmə cəlb edilməsində böyük qüvvə ola bilər.HD 265.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents