Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Xəzinənin dəyəri

    Xilaskar görürdü ki, adamlar dünya nemətlərinə malik olmaq qayğısında əbədi dəyərləri itirirlər. O bu şəri aradan qaldırmağa cəhd etdi. O, insan qəlbini iflic edən bədxah qarğışı ləğv etməyi qərara aldı. Səsini ucaldaraq, O nida etdi: “İnsan bütün dünyaya yiyələnib öz canını itirərsə, ona nə fayda olacaqdır? Yaxud insan öz canı əvəzinə nə verə bilər?” (Mt. 16:26). Məsih düşkün bəşəriyyətin qarşısında nəzərdən qaçırdıqları xeyirxah dünyanı açır ki, əbədi həqiqətləri görə bilsinlər. O onları Allahın təsvirolunmaz izzətindən nura boyanmış Nəhayətsizin kandarına gətirir və oradakı xəzinələri onlara göstərir.HD 68.2

    Bu xəzinənin qiyməti hesabsızdır, o, qızıldan və gümüşdən qiymətlidir. Onun yanında yerin bətnində olan bütün sərvətlər solğun görünür.HD 68.3

    “Dərinliklər deyər: “Məndə yoxdur”,
    Dəniz deyər: “Yanımda yoxduı”.
    Saf qızıl onu əvəz edə bilməz,
    Qiyməti gümüşlə ölçülməz.
    Onu Ofir qızılı ilə qiymətləndirmək olmaz,
    Onu qiymətli damarlı əqiqlə, göy yaqutla dəyərləndirmək olmaz.
    Nə qızıl, nə də gözəl cam ona tay deyil,
    Hikmət saf qızıl qablarla əvəz edilmir. Yanında mərcanın, büllurun adı çəkilməz,
    Hikmətin qiyməti yaqutdan artıqdır”
    HD 68.4

    (Əyy. 28:14-18).

    Müqəddəs Yazılarda belə bir xəzinə saxlanılır. Müqəddəs Kitab — Allahın ali dərsliyidir, Onun bizə verdiyi elm həqiqət mənbəyidir. Həqiqət elminin hamısının təməli onda yerləşir. İlahi Kəlamda biliyin hər sahəsinə aid həqiqətlər aşkar etmək olar. Bundan əlavə, Müqəddəs Yazılar bütün elmlərin elmi olan xilas elmini öyrədir. O, Məsihin tükənməz xəzinəsidir.HD 69.1

    Həqiqi ali təhsil Allah Kəlamını tədqiq edib, ona əməl edən zaman alınır. Lakin İlahi Kəlam əvəzinə, Allah və Göylərin Padşahlığı haqqında heç nə söyləməyən biliklər tədris ediləndə, verilən təhsil bu adın təhrifi sayılmalıdır.HD 69.2

    Təbiət bizə gözəl həqiqətlər açır. Yer və göylər bu həqiqətlərlə doludur. Onlar bizim müəllimlərimizdir. Təbiət bizə göylərin müdrikliyi və əbədi həqiqət dərsini keçir. Lakin günahkar insan bunları görmür. Günah onun gözlərini zəiflətdiyinə görə artıq o, təbiətin özünü belə düzgün qəbul etmir, çünki onu Allahdan uca tutur. Həqiqət dərsləri İlahi Sözü inkar edən insanların şüuruna çatmır. Bu adamlar təbiətin açdığı həqiqətləri o qədər təhrif edirlər ki, bu onları Yaradıcıdan uzaqlaşdırır.HD 69.3

    Çoxlarına insan müdrikliyi İlahi Müəllimin müdrikliyindən üstün görünür, İlahi dərslər isə çoxdan köhnəlmiş və maraqsız sayılır. Lakin Müqəddəs Ruhla canlanmış adamlar üçün bu əsla belə deyildir. Onlar sonsuz dərəcədə qiymətli sərvətləri görürlər və ondan ötrü bütün vardövlətlərindən keçərək, çürümək bilməyən cəvahirlər saxlanılan tarlanı almağa çalışırlar. Çoxlarının dahi hesab etdikləri müəlliflərin kitabları əvəzinə Allah Kəlamına müraciət edirlər. Onun Müəllifi dünyaya məlum olanların içində ən dahi Müəllif və Müəllimdir. O Öz həyatını bizim uğrumuzda verdi ki, Onun vasitəsilə əbədi həyata malik ola bilək.HD 69.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents