Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Fəlakətli nailiyyət

    (Lk. 12:13-21)

    Məsih Öz şagirdlərinə öyüd verdiyi zaman, həvarilərdən əlavə Onun ətrafına digər adamlar da toplaşırdılar. Bir dəfə O, şagirdlərinə yaxın zamanlarda onları nə gözlədiyi haqqında danışırdı. Onlara etibar edilmiş həqiqətləri onlar bəyan etməli idilər və bu zaman dünyanın güclüləri ilə münaqişəyə cəlb ediləcəkdirlər. Onun adını daşıdıqlarına görə hakimlərin, kübarların və padşahların hüzurunda dayanacaqdırlar. O onlara heç kimin müqavimət göstərə bilməyəcəyi müdriklik verəcəyini vəd etdi. Onun Öz kəlmələri və hiyləgər əleyhidarlarını çaşqınlığa salan və adamların ürəklərini oyadan məharəti Müqəddəs Ruh vasitəsilə Öz davamçılarına bəxş edəcəyini vəd etdiyi bu inandırma qüvvəsi haqqında şəhadət edir.HD 188.1

    Dinləyicilərin çoxu isə səma lütfünü yalnız öz şəxsi mənafelərini ödəmək üçün əldə etmək istəyirdilər. Onlar görürdülər ki, həqiqəti belə aydın işıqda təsvir edən Məsih nə böyük qüvvəyə malikdir. Onlar Onun hökmdarlar və hakimlərlə danışmaq üçün bəxş edəcəyi müdriklik haqqında eşidirdilər. Bəlkə O onlara da dünyəvi məqsədlərinə çatmaqdan ötrü güc verəcəkdir.HD 188.2

    “Xalqın içindən biri Ona dedi: Müəllim! Qardaşıma de ki, mirası mənimlə bölsün”. Musanın vasitəsilə Allah mülkiyyətin verilməsi haqqında biliklər verdi. Böyük oğul ata mülkündən bölünən payın ikiqat hissəsinə sahib olmalı idi (Qan.tək. 21:17), digər qardaşlarına isə eyni pay düşürdü. Bu adam mirasın bölünməsi vaxtı özünü aldanmış hesab edirdi. Onun hesab etdiyi kimi, hüququ çatdığı şeylərə öz səyləri ilə sahib ola bilmədiyi zaman güman etdi ki, əgər Məsih ona yardım etsə, istədiyinə mütləq nail olacaqdır. O, Məsihin həyəcanlandırıcı müraciətlərini və Onun qanunşünasları və fəriseyləri ciddi surətdə ifşa etməsini eşitmişdi. Bu gücə malik olan sözlər onun qardaşına yönəlmiş olsa idi, o bu incidilmiş adamın miras payını kəsməyə cəsarət etməzdi.HD 188.3

    Məsihin Öz şagirdlərinə verdiyi bu təntənəli nəsihətləri dinlədiyi zaman bu adam gözlənilmədən öz eqoist istəklərini ifşa edir. O, Rəbbin yalnız onun dünyəvi işlərində müvəffəqiyyət verə biləcək qabiliyyətini dəyərləndirə bilmişdi; Məsihin öyüdlərindəki mənəvi həqiqətlər isə onun nə şüuruna, nə də ürəyinə toxunmuşdu. O, bütövlüklə mirasın bölüşdürülməsilə məşğul idi. İzzət Padşahı olan İsa, o Kəs ki zəngin olduğu halda, bizdən ötrü yoxsul olmuşdur, həmin anda İlahi məhəbbətin sərvətlərini ona açırdı. Müqəddəs Ruh onu “çürüməyən, ləkəsiz, solmayan” mirasın varisi olmağa dəvət edirdi (1 Pet. 1:4). O, Məsihin qüdrətinin şahidi idi. İndi dahi Müəllimlə söhbət etmək, Ona öz ürəyinin ən gizli istəyini bildirmək imkanına malik idi. Lakin Bunyanın alleqoriyasındakı dırmıqlı adam kimi, onun diqqəti torpağa yönəlmişdi. O öz başı üstündəki tacı görmürdü: Sehrbaz Şimon kimi (Həv. iş. 8:24), o, İlahi ənamı yalnız dünyəvi məqsədlərinə çatmaq üçün vasitə kimi dəyərləndirirdi.HD 189.1

    Xilaskarın yer üzündəki missiyası sürətlə öz sonuna yaxınlaşırdı. Etməli olduğu işini yer üzərində Öz lütfünün padşahlığının qurulmasını başa çatdırmaq üçün yalnız bir neçə ay qalırdı. Buna baxmayaraq, insan acgözlüyü Məsihi Onun böyük işindən yayındıraraq bir parça torpaq üstündəki mübahisəyə cəlb edirdi. Ancaq İsa Öz missiyasını yerinə yetirməkdən yayınmamalı idi. O cavab verdi: “Kim Məni sizə hakimlik etməyə, yaxud malınızı bölməyə təyin etdi?”HD 189.2

    İsa, əlbəttə ki, bu adama onun qardaşı ilə mübahisəsində kimin haqlı olduğunu söyləyə bilərdi. Ancaq hər iki qardaş acgöz idi və Məsih mübahisəni uduzana əslində aşağıdakını söylədi: “Belə mübahisələri araşdırmaq Mənim işim deyildir”. O, dünyaya başqa məqsədlə gəlmişdi: insanlara Müjdəni çatdırmaqla onları əbədi dəyərləri dərk etməyə sövq etmək üçün.HD 190.1

    Məsihin bu məsələyə münasibəti Onun adı naminə xidmət edənlərin hamısına örnəkdir. Şagirdlərinin on ikisini də xidmət etmək üçün yola saldığı zaman dedi: “Və gedərkən: “Göylərin Padşahlığı yaxındır”, deyə təbliğ edin. Xəstələri sağaldın, ölüləri dirildin, cüzamlıları təmiz edin, cinləri çıxarın; müftə aldınız, müftə veriniz” (Mt. 10:7, 8). Onlar insanların əvəzinə onların dünyəvi işlərini həll etməli deyildilər. Onların vəzifəsi — insanları Allahla barışmağın vacib olduğuna inandırmaq idi. Onların bəşəriyyətə xeyir-dua gətirmələri məhz bu işdə gizlənmişdir. Bəşəriyyətin günah və iztirablardan azad olmasının yeganə yolu — Məsihdir. Yalnız Onun Lütfünün Müjdəsi cəmiyyət üçün lənətə çevrilmiş qüsurları müalicə edə bilər. Həm varlıların kasıblara qarşı ədalətsiz olmaları, həm kasıbların varlılara nifrət etmələri eyni kökə — eqoizm və tamahkarlığa bağlıdır. Bunları yalnız Məsihə təslim olaraq aradan qaldırmaq olar. İnsana eqoist ürək əvəzinə yeni məhəbbət ürəyini yalnız O verə bilər. Qoy Məsihin xidmətçiləri Müjdəni göylərdən enmiş Ruhun qüdrətilə təbliğ etsinlər və insanların xeyri üçün Onun kimi işləsinlər. Bu zaman bəşəriyyətin xeyir-dua almasının və yüksəlməsinin elə nəticələri aşkar olacaq ki, onları insanın səyləri ilə əldə etmək qətiyyən mümkün deyildir.HD 190.2

    Rəbbimiz həm bu adamın Məsihə müraciət etdiyi, həm də digərlərinin qarşısında duran problemin kökünə işarə etdi: “Diqqətli olun, tamahkarlıqdan qaçının, zira insanın həyatı onda olan şeylərin çoxluğundan asılı deyildir”.HD 190.3

    “Və onlara bir məsəl söylədi: bir nəfər zəngin adamın torpağı bol məhsul verdi və o özü-özlüyündə düşünürdü: “Nə edim? Məhsulumu qoymağa yerim yoxdur”. Və dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikərəm və bütün məhsulu və bütün dövlətimi огауа toplaram. Və canıma deyərəm: Ey canım! Çox illər üçün toplanmış dövlətin var: rahatlıq çək; ye, iç, kef et”. Fəqət Allah ona dedi: “Divanə! Elə bu axşam sənin canını tələb edəcəklər; sənin hazırladığın şeylər bəs kimin olacaq?” Allah qarşısında zəngin olmaq əvəzinə, özü üçün dövlət toplayan hər bir adamın aqibəti belə olur”.HD 190.4

    Zəngin divanə haqqındakı məsəllə Məsih, bütövlüklə dünyəvi şeylər üzərində fikrini cəmləşdirənlərin ağılsızlığını göstərir. Bu adam Allahdan hər şey almışdır. Günəşə onun torpağı üzərində də parlamağa icazə verilmişdir; çünki onun şüaları həm salehlərin, həm də günahkarların üzərinə düşür. Göy yağmurları da həm yaxşıların, həm də pislərin üstünə yağırdı. Rəbb onun məhsulunu bitirdi və tarlalar çoxlu məhsul gətirdi. Zəngin adam bu qədər məhsulu hara yığacağını bilməyərək, hətta çaş-baş qalmışdı. Onun anbarları artıq dolu idi və yeni məhsulu yığmağa yer yox idi. Ancaq o, bütün bu nemətləri göndərən Allahı düşünmürdü. O dərk etmirdi ki, əslində Allah onu Öz nemətlərinin sərəncamçısı etmişdir ki, ehtiyacı olanlara yardım edə bilsin. O, xeyriyyəçilik işində Allahın xidmətçisi olmaq imkanı əldə etmişdi, lakin yalnız öz firavanlığı haqqında fikirləşirdi.HD 191.1

    Dünyada nə qədər kasıb, yetim, dul, iztirab çəkən, məzlumlar vardır — onların hamısı onun qayğı və diqqət obyektinə çevrilə bilərdilər; ona bəxş edilmiş varı xeyirxah məqsədlər üçün istifadə etməkdən ötrü çox vasitələr vardı. O asanlıqla artıq qalan məhsuldan azad ola bilərdi, bir çox aclar doyardı, çılpaqlar geyinərdi, bir çox ürəklər sevinclə dolardılar və izzət nəğməsi göylərə ucalardı. Rəbb ehtiyaclıların dualarını eşidirdi və Öz mərhəmətinə görə kasıbın möhtac olduğunu hazırlayırdı. Məhsulun bərəkətini çoxlarının ehtiyaclarını ödəmək üçün nəzərdə tutmuşdu. Lakin zəngin ehtiyacı olanların yalvarışlarına ürəyini qapayaraq, öz qullarına dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikərəm və bütün məhsulu və bütün dövlətimi oraya toplaram. Və canıma deyərəm: Ey canım! Çox illər üçün toplanmış dövlətin var: rahatlıq çək; ye, iç, kef et”.HD 191.2

    Bu adamın arzu və məqsədləri sırf heyvani istəklərdən üstün deyildir. O elə yaşayırdı ki, sanki nə Allah, nə göylər, nə də gələcək həyat vardır; sanki malik olduğu hər şey yalnız ona məxsusdur və nə Allaha, nə də insanlara heç nə verməli deyil. Belə zəngin haqqında zəbur oxuyan deyir: “Axmaqlar ürəyində “Allah yoxdur!” deyə düşünürlər” (Məz. 14:1).HD 192.1

    Bu adam yalnız özü üçün yaşayır, həyatını öz faydası üçün planlaşdırırdı. O görür ki, gələcəyi tam təmin edilmişdir və ona, güman etdiyi kimi, daha heç nə etmək gərək deyildir — yalnız çəkdiyi zəhmətin məhsulu ilə həzz almaq qalmışdır. Özünü başqalarından bəxtəvər və yüksək sayır, var-dövlətini öz ağıllı təsərrüfatçılığının nəticəsi kimi dəyərləndirir. Öz həmvətənləri arasında da bacarıqlı, təcrübəli insan və zəngin vətəndaş kimi hörmət qazanmışdır. Çünki “uğur qazananda təriflənir” (Məz. 49:18).HD 192.2

    Ancaq “bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır”HD 192.3

    (1 Kor. 3:19). Zəngin adam gələcək ləzzətləri xəyalən duyduğu zaman Rəbbin başqa niyyətləri vardı. Etibarsız təsərrüfatçıya xəbərdarlıq verilir: “Divanə! Elə bu axşam sənin canını tələb edəcəklər”. Bu tələbi pulla ödəmək mümkün deyildir. Onun bu qədər dəyərləndirdiyi vardövlətlə möhlət almaq olmazdı. Bir anda öz gələcəyini təmin etmək naminə yığdığı var-dövlət ondan ötrü bütün dəyərini itirir. “Sənin hazırladığın şeylər bəs kimin olacaq?” Geniş tarlaları və dolmuş anbarları ondan uzaqlaşacaqdır. “həqiqətən, o boş yerə çarpışır, var-dövlət yığarı kimə qalacağını bilmir” (Məz.39:6).HD 192.4

    İndiki anda ona həqiqi xeyri ola biləcək yeganə bir şeyi, o elə də əldə etmədi. Özü ilə məşğul olaraq, onun vasitəsilə yaxınlarına da veriləcək İlahi məhəbbəti rədd etdi. Bununla da o, həyatın özünü rədd etdi. Axı Allah məhəbbətdir və yalnız məhəbbət həyatdır. Bu adam dünyəvi olanı ruhlu olandan üstün tutdu, deməli, o, məhv olmalıdır, necə ki bütün dünyəvi olanlar həmişəlik məhv olurlar. “İnsan dəyərli olsa da, anlamır, həlak olan heyvana oxşayır” (Məz. 49:20).HD 192.5

    “Allah qarşısında zəngin olmaq əvəzinə, özü üçün dövlət toplayan hər bir adamın aqibəti belə olur”. Bu, hər bir dövrə aiddir. Öz istəklərinizi ödəmək üçün planlar qura bilərsiniz, var-dövlət toplaya bilərsiniz, uca və ecazkar malikanələr tikərək, qədim Babilin inşaatçılarına bənzəyə bilərsiniz; lakin elə uca divar, yaxud elə möhkəm darvaza qura bilməzsiniz ki, onlar sizi mühakimə elçilərindən qoruya bilsin. “Belşassar padşah böyük bir ziyafət qurdu” və “şərab içərək qızıl, gümüş, tunc, dəmir, ağac və daş allahlara həmd etdilər” (Dan. 5:3, 4). Ancaq Görünməz olanın əli onun divarı üzərində həlledici sözləri yazdı və düşmən ordusunun ayaq səsləri sarayı önündə eşidildi. “Həmin gecə Babil padşahı Belşassar öldürüldü” (Dan. 5:30).HD 193.1

    Özü üçün yaşamaq — ölmək deməkdir. Tamahkarlıq, yalnız özünə firavanlıq arzulamaq canı həyatdan qoparır. Toplamaq, hər şeyi özünə çəkmək — iblisin ruhudur. Məsihin Ruhu isə — vermək, başqalarının xeyri üçün özünü qurban verməkdir. “Şahidlik isə budur ki, Allah bizə əbədi həyat vermişdir və bu həyat Onun Oğlundadır. Oğula malik olanın həyatı vardır. Allahın Oğluna malik olmayanın isə həyatı yoxdur” (1 Yəh. 5:11, 12).HD 193.2

    Məhz buna görə O deyir: “Diqqətli olun, tamahkarlıqdan qaçının, zira insanın həyatı onda olan şeylərin çoxluğundan asılı deyildir”.HD 193.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents