Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Alınmış talant

    Fərsiz qula qərar çıxarıldı: “İndi talantı ondan alın və on talant olana verin!” Burada, sadəcə olaraq, son məhkəmədə sədaqətli işçiyə mükafat kimi verilmiş əvəz yox, fəqət bu həyatdakı tədrici əvəzvermə prosesi göstərilir. Təbiətdə olduğu kimi, ruhlu aləmdə də bu qanun mövcuddur: hər bir istifadə edilməyən qüvvə və qabiliyyət zəifləyir və yox olur. Hərəkət — həyatdır; hərəkətsizlik — ölümdür. “Fəqət hər kəsə Ruhun zühuru xeyir üçün verilir” (1 Kor. 12:7). Ruhun başqalarının xeyir-duası üçün istifadə edilən ənamları çoxalır. Onlar gizlədilib yalnız özünə xidmət üçün istifadə edildikdə zəifləyir və nəhayət alınır. Kim əldə etdikləri ilə bölüşməkdən imtina edirsə, axırda aşkar edəcək ki, bölüşmək üçün artıq bir şeyi yoxdur. O, inkişafın mütləq istismarına aparan yola düşür, sonra isə qəlbin qabiliyyətlərinin tam dağılmasına nail olur.HD 287.2

    Qoy heç kim sanmasın ki, eqoistcəsinə yaşayıb, sonra öz şəxsi maraqlarına xidmət edərək, Öz Rəbbinin sevincinə şərik ola biləcəkdir. Eqoistlər təmənnasız məhəbbət sevincində iştirak edə bilməyəcəklər. Onlar səma iqamətgahları üçün yararsız olarlar. Səmanı dolduran pak məhəbbət atmosferini dəyərləndirə bilməzlər. Mələklərin səsləri və arfalarının musiqisi onlara həzz verməz. Səmavi elm onlar üçün anlaşılmaz bir tapmaca olar.HD 288.1

    Böyük hökm günündə kim Məsih üçün işləmirsə, kim yalnız özü haqda düşünərək, yalnız özünə xeyir verərək, hər cür məsuliyyətdən yayınırsa, bütün yer üzünün Hakimi qarşısında pisliklər edənlərlə bərabər dayanacaqdır. Onların hökmü eyni olacaqdır.HD 288.2

    Özlərini məsihçi hesab edənlərin çoxları Allahın dəvətinə etinasızlıq göstərirlər və bunda heç bir pis cəhət görümürlər. Onlar yaxşı bilirlər ki, Allaha söyənlər, qatil və zinakarlar cəzaya layiqdirlər; özlərinə gəldikdə isə, yalnız dini sitayişlə kifayətlənirlər. Onlar müjdənin təbliğini dinləməkdən xoşlandıqları üçün özlərini məsihçi sayırlar. Həyatlarını yalnız Öz qayğıları ilə yaşamaqlarına baxmayaraq, özlərinə qarşı bu hökmü eşidəndə məsəldəki sədaqətsiz quldan az təəccüblənməyəcəklər: “Onun talantını alın”. Yəhudilər kimi, onlar da başa düşməlidirlər ki, bəxş edilmiş hədiyyələrin sevinci onların xeyirli istifadəsindədir.HD 288.3

    Məsihçi fəaliyyətində özlərinin iştirak etmədiklərinə bəraət qazandıraraq, çoxları iddia edirlər ki, onların belə işə qabiliyyətləri yoxdur. Lakin məgər Allah onları belə qabiliyyətsiz etmişdirmi? Əlbəttə yox. Bu gücsüzlük öz passivliklərinin nəticəsidir və onların şəxsi seçimləri haqqında şəhadət edir. Artıq bu gün öz xasiyyətlərində onlar hökmün nəticəsini dərk edirlər: “Onun talantını alın”. Öz istedadlarının inkişafına daim etinasızlıq göstərmək yeganə işıq mənbəyi olan Müqəddəs Ruhun tövsiyələrini eşitməməzliyə gətirir. “Yaramaz qulu çöl qaranlığına atın” hökmü onların əbədiyyət üçün öz seçimlərini yalnız təsdiqləyir və bərkidir.HD 288.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents