Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Həyat Dərsləri - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Talantlar

    (Mt. 25:13-30)

    Zeytun dağında şagirdləri ilə bərabər oturan Məsih Özünün dünyaya İkinci Gəlişindən danışırdı. O, gəlişini qabaqlayan və yaxınlaşdığına işarə edən bəzi əlamətləri sadalayırdı. Öz şagirdlərinə ayıq-sayıq olmağı əmr etdi və yenidən xəbərdarlıq elədi: “Beləliklə oyaq durun, zira nə İnsan Oğlunun gələcəyi günü və nə də saatı bilirsiniz”. Bundan sonra O onlara ayıq olub Onun gəlişini gözləməyin mənasını başa saldı. Gözləmə vaxtı səyli əməyə həsr olunmalıdır, boş vaxt keçirməyə yox. Bu dərsi O, talantlar haqqında məsəl ilə təsvir edir.HD 250.1

    Göylərin Padşahlığı, — O deyir, — “başqa məmləkətə gedərək, öz qullarını çağırıb onlara malikanəsini tapşıran bir şəxs kimidir. Birinə beş, birinə iki, birinə də bir talant verdi. Hər birinə öz qabiliyyətinə görə verdi və yola çıxdı”.HD 250.2

    Başqa məmləkətə gedən şəxs — burada tezliklə yerdən göyə yüksəlməli olan Məsihi təsvir edir. “Qullar”, yaxud nökərlər məsəldə Məsihin davamçılarını təsvir edirlər. Biz, imanlılar, özümüzə məxsus deyilik. Biz “gümüş və qızıl kimi fani şeylərlə deyil... Məsihin qiymətli qanı fidiyəsi ilə” (1 Pet. 1:18,19) “çox baha qiymətə alınmışıq” (1 Kor. 6:20) ki, yaşayanlar artıq özləri üçün yox, onlar uğrunda ölən “və Dirilən üçün yaşasınlar” (2 Kor. 5:15).HD 250.3

    Bütün insanlar bu sonsuz qiymət hesabına günahın əlindən alınmışdırlar. Bütün səma sərvətlərini bu dünyaya bəxş edərək, Məsihdə bizə bütün göyü verən Allah hər bir adamın iradəsini, hisslərini, şüurunu, qəlbini almışdır. İman edənlər və etməyənlər, bütün insanlar eyni dərəcədə Allahın mülkiyyəti olaraq, Ona məxsusdurlar. Buna görə də, hamı Ona xidmət etməyə borcludur, böyük hökm günündə isə hər bir şəxs Allahın çağırışına necə cavab verdiyi haqqında hesabat verməli olacaqdır.HD 251.1

    Lakin bütün insanlar Allahın tələblərini qəbul etmirlər. Məsəldə Onun nökərləri kimi yalnız o şəxslər təsvir olunublar ki, onlar özləri Məsihə xidmət etmək istəklərini bəyan ediblər.HD 251.2

    Məsihin bütün davamçıları xidmət etmək üçün alınıblar. Rəbbimiz öyrədir ki, həyatın əsas məqsədi — Ona xidmət etməkdir. Məsihin Özü yorulmaz işçi idi və Özünün bütün davamçılarına xidmət etmək qanunu, Allaha və öz yaxınlarına xidmət etmək qanunu vermişdir. Məsih həyat, onun mənası haqqında dünyaya yeni, daha yüksək təsəvvür gətirdi. Başqalarına xidmət edərək insan Məsihlə birləşir. Beləliklə, xidmət etmək qanunu bizi Allahla və digər insanlarla birləşdirən canlı rabitəyə çevrilir.HD 251.3

    Məsih Öz qullarına “malikanəsini”, yəni Ondan ötrü istifadə edilməli olan şeyləri tapşırdı. O hər adama müəyyən iş tapşırdı. Əbədi səmavi planda hər adama xüsusi yer ayrılmışdır. Hər bir şəxs üçün Məsihlə əməkdaşlıqda insanların xilası üçün iş vardır. Səmavi iqamətgahlarda bizdən ötrü yerlərin olduğu doğru olan kimi, o da həqiqətdir ki, burada, yerdə Allah naminə işləməyimiz üçün də xüsusi yer ayrılıbdır.HD 251.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents