Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    25-ci fəsil
    ÇIXIŞ

    (Bu fəsil Çıxış Kitabının 12:34-51; 13-15-ci fəsillərinə əsaslanır)

    İsraillilər əllərində əsa, belləri sarğılı, ayaqlarında səndəl, pərəstişkar qorxu içərisində, ümid dolu qəlblə padşahın onların ölkədən çıxması haqqında əmrini gözləyirdilər. Səhər açılana qədər onlar artıq yolda idilər. Cəzalar vaxtı, İlahi qüdrətin təzahürü qulların qəlblərində imanı alovlandıranda və onlan qul edənləri dəhşətə salanda bütün israillilər tədricən Qoşenə yığışdılar; çıxışın tələsikliyinə baxmayaraq insanları lazımı surətdə təşkil etmək mümkün oldu, onlar hər birinə bir adamın başçılıq etdiyi qruplara ayrılmışdılar.AP 237.1

    Çıxanlar isə “arvad-uşaqdan əlavə, altı yüz minə qədər piyada gedən kişi var idi. Qarışıq bir izdiham... onlarla birgə yollandı”. İsrail Allahına iman gətirənlər də israillilərə qoşuldular, lakin orda olanların çoxusu yalnız bəlalardan xilas olmaq istəyənlərdi və sadəcə olaraq ümumi duyğulara uyanlar və maraq hissi ilə hərəkət edənlər də çıxan xalqa qoşulmuşdular. Bu cür insanlar İsrail üçün hər zaman maneə və tələ olurdular.AP 237.2

    Xalq özü ilə həm də “çoxlu qoyun-keçi, mal-qara sürüləri” götürmüşdü. Bu heyvanlar israillilərin özlərininki idi, israillilər misirlilər etdikləri kimi öz mülklərini fırona satmamışdılar. Yaqub və onun oğullan özləri ilə Misirə həm öz qoyunlarını, həm də iri buynuzlu heyvanlarını gətirmişdilər, bunlar sonra çox artmışdılar. Musanın göstərişi ilə adamlar çıxış ərəfəsində öz haqqı ödənməmiş zəhmətləri üçün mükafat təbəl etdilər, misirlilər isə onlardan qurtulmağı çox istədikləri üçün etiraz etmədilər. Qullar öz zülmkarlarının cəvahiratlarını özləri ilə götürərək çıxdılar.AP 237.3

    Bir neçə yüz il ondan əvvəl İbrahimə peyğəmbər röyasında göstərilən həmin günün hadisələri başa çatdı: “Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə qulluq edəcək və onlara dörd yüz il zülm ediləcək. Ancaq onların qulluq edəcəkləri xalqı cəzalandıracağam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar” Yaradılış 15:13,14. Dörd yüz il keçdi. “Rəbbin bütün dəstələri Misir torpağından çıxdı”. Misirdən gedərkən İsrail xalqı özü ilə qiymətli mirası - bu qədər vaxt İlahi əhdin yerinə yetməsini gözləyən və köləliyin zülmətli illərində İsrailə azadlıq haqda xatırladan Yusifın sümükbrini də apardılar.AP 238.1

    Filiştlilərin torpağından keçərək birbaşa Kənana getmək əvəzinə, Allah xalqa əmr etdi ki, cənuba, Qırmızı dənizin sahillərinə getsinlər. “Yoxsa xalq müharibə görəndə bəlkə peşman olub Misirə qayıdar”. Əgər onlar fıliştlibrin torpağından keçməyə cəhd etsəydilər, onda öz yollarında az maneəbrə rast gəlməzdilər, çünki fıliştlilər onları qaçqın qul hesab edərək, tərəddüdsüz onlarla müharibəyə girərdilər. İsraillilər isə bu cür qüdrətli və döyüşkən xalqla vuruşmağa hazır deyildilər. Onlar Allah haqqında çox az biliyə malik idilər və Ona imanları zəif idi, buna görə də qorxub məyus ola bibrdibr. Onlar silahsız idibr və müharibəyə öyrəşməmişdilər, uzun köblik illərindən əzilmişdilər, üstəlik də arvadları, uşaqlan, heyvanları yük olmuşdular. Onları Qırmızı dənizə tərəf apararaq Rəbb göstərdi ki, O, rəhmli və mühakiməli Allahdır. “İsrail övladlan Sukkotdan yola düşüb səhranın kənannda olan Etamda düşərgə saldılar. Rəbb onların qabağı ilə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində, gedirdi ki, gündüz də, gecə də gedə bilsinlər. Gündüzbr bulud dirəyi, gecələr isə od dirəyi xalqın önündən ayrılmadı”. Zəbur oxuyan deyir: “Üzərlərində örtük kimi bulud sərdi, gecəni işıqlandırmaq üçün od göndərdi” (Məzmur 105:39: həmçinin bax 1 Korinflib 10:1, 2). Onların Müdafıəçisi həmişə gözə görünmədən yanlarında idi. Gündüzbr bulud onlara yol göstərirdi, yaxud da örtük kimi bütün xalqın üzərinə kölgə salırdı və səhranın quru bürküsü içərisində yolçuları sərinlik və mehlə sevindirərək yorucu bürküdən qoruyurdu. Gecə o, odlu sütuna çevrilirdi, bütün dəstəni işıqlandırırdı və daim İlahi hüzura şəhadət edirdi.AP 238.2

    Öz peyğəmbərliyinin ən gözəl və təsəlliverici hissələrindən birində Yeşaya şər qüvvələri ilə sonuncu böyük mübarizədə Allahın Öz xalqına qayğısını təsvir etmək üçün bulud və od sütununu misal çəkir. “Rəbb Sion dağının hər yanını, orada toplananların üzərini gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq. Bu bir çardaq, qızmar istidə kölgə, yağışa, fırtınaya qarşı sığınacaq, daldalanma yeri olacaq” (Yeşaya 4:5,6). Qorxulu səhra yolçuların gözləri önündə uzanırdı. Onlar artıq soruşurdular - oramı gedirlər? Çətin yolun yorğunluğu özünü bürüzə verirdi və bəzilərinin qəlbində misirlilər tərəfındən təqib olunmaq qorxusu baş qaldırmışdı. Lakin bulud öndə gedirdi və onlar da arxasınca gedirdibr. Sonra Allah Musaya əmr etdi ki, yana dönsünlər və dənizin yanındakı qayalıq dərədə yerləşsinlər. Ona həm də deyildi ki, firon onları təqib edir, lakin Rəbb onların qurtuluşu vasitəsib şöhrətbnəcəkdir.AP 239.1

    Bütün Misirə bu xəbər yayıldı ki, İsrail xalqı səhrada dayanıb orada ibadət etmək əvəzinə, Qırmızı dənizə tərəf gedir. Yaxın məsbhətçiləri fırona birbaşa dedilər ki, qullar bir daha geri qayıtmamaq üçün qaçmışlar. Xalq təəssüf etdi ki, ilkinlərin ölümünü Allahın qüdrətinə yazmaqda axmaqlıq etmişlər. Qorxudan sonra özbrinə gələn böyük ərlər belə hesab etməyə başlayırdalar ki, bəlalar təbii səbəbbrin nəticəsidir. “Biz nə üçün belə etdik? İsrail övladları bizim qullarımız idi. Axı niyə onları buraxdıq?” - deyə acı fəryad edirdilər.AP 239.2

    Firon təqibə hazırlaşdı: “altı yüz seçmə döyüş arabasım, Misirin bütün arabalarım götürdü”, süvaribr, sərkərdəbr və piyada döyüşçülər. O özü yüksək rütbəli şəxslərin müşayiəti ilə orduya başçılıq edirdi. Kahinlər də allahların köməyini, deməli, qələbəni təmin etmək üçün onlarla getdilər. Firon şübhə etmirdi ki, israilliləri öz ordusunun gözqamaşdırıcı görkəmi ilə qorxudacaq. Misirlilər ehtiyat edirdilər ki, onların İsrail Allahına məcburi itaəti ətrafdakı xalqların istehzalarına səbəb olar; lakin əgər onlar indi özlərinin bütün gücbri ilə hücum edib qaçqınları qaytarsalar, onda öz əvvəlki şöhrətlərini dirçəldərlər və əvvəlki qullarını yenidən əldə edərbr.AP 239.3

    İbranibr dənizin yanında yerbşdibr, dənizin suları keçilməz maneə kimi görünürdü, onların dayanacağının cənub istiqamətində isə nəhəng dağlar ucalaraq onların yolunu kəsirdilər. Birdən onlar uzaqda silah panltısı, hərəkət edən furqonlar, dəhşətli ordunun ön dəstələrini gördülər. Yaxınlaşdıqca var gücü ilə çapan Misir süvarilərini gördülər. İsrailliləri dəhşət götürdü. Bəziləri Allaha yalvardılar, lakin əksəriyyəti Musanın yanına qaçıb tənə etdilər: “məgər Misirdə qəbiristanlıq yoxdur ki, sən bizi səhrada ölməyə apardın? Bizi Misirdən çıxarıb başımıza nə gətirdin? Misirdə sənə “bizdən əl çək, misirlilərə qulluq edək!” demirdikmi? Səhrada ölməkdən misirlilərə qulluq etmək bizim üçün yaxşıdır”.AP 239.4

    Musa çox çaş-baş qalmışdı ki, israillilər eb onların xeyrinə Allah gücünün təzahür etməsini dəfələrlə görmələrinə baxmayaraq, onun xalqı Allaha bu qədər az iman göstərdi. Onlar Musanı çətinlik və təhlükədə necə təqsirləndirə bibrdibr o yalnız dəqiqliklə Allahın əmrlərini yerinə yetirmirdimi? Doğrudan, əgər onlan xilas etmək üçün Allah Özü işə qarışmasa, heç bir xilas olmaq imkanı yox idi. Lakin burda dayanıb, bununla İlahi əmri yerinə yetirməklə Musa heç bir qorxu keçirmirdi. O insanları sakitləşdirərək və ruhlandıraraq deyirdi: “Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz misirlibri daha heç vaxt görməyəcəksiniz. Sakit olun, Rəbb sizin üçün döyüşəcək!”.AP 240.1

    Xalq kütbsini Rəbb önündə intizarda saxlamaq asan deyildi. Nizam-intizamı və təmkini itirərək onlar hiddətli və mühakiməsiz olmuşdular. Onlar gözbyirdibr ki, indicə təqibçilərin əllərinə düşəcəklər və bərkdən acı-acı inildəyir və ağı deyirdibr. Gözəl bulud sütunu hərəkət edərək Allahın irəli getmək göstərişini bildirdi, lakin indi onlar bir-birbrindən soruşurdular, o onları daha böyük fəlakətə aparmayacaq ki: məgər bu sütun onları bu çıxılmaz yerə gətirməmişdirmi? Bebcə Allah mələyi onların xəstə təsəvvürlərində bədbəxtlik elçisinə çevrildi.AP 240.2

    Lakin indi, Misir ordusu lap yaxınlaşanda və asan qələbəyə ümid edəndə, bulud sütunu əzəmətlə göyə qalxdı, israillibrin üzərindən keçib Misir ordusunun önündə endi. Təqibçilər və təqib olunanlar arasında qaranlıq divan əməb gəldi. Misirlilər ibrani düşərgəsinin yerbşdiyi yeri görməyərək dayanmağa məcbur oldular. Gecə qaranlıq qatılaşanda bulud divarı ibranilərin bütün düşərgəsini parlaq işıqla işıqlandırdı.AP 240.3

    Onda İsrailin qəlbinə ümid qayıtdı və Musa Rəbbi çağırdı. “Rəbb Musaya dedi: “Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları quru yerdən dənizin ortasından keçsinlər”.AP 241.1

    Zəbur oxuyan İsrail xalqının dənizdən keçməsini təsvir edərək nida etmişdir: ” Sən dənizdə, ümman sularda yol açdın. Amma ayaq izlərin məlum olmadı. Sən Musa və Harunun əli ilə Xalqını bir sürü kimi aparmışdın” (Məzmur 77:19, 20). Musa öz əsasını uzadanda sular çəkildi və İsrail dənizm arasından quru ilə getdi, dalğalar hər iki tərəfdən divar kimi qalxmışdılar. İlahi odlu sütun işıq şüaları saçırdı, bu şüalar dalğaların köpüklənən şırımlarında əks olunurdu və yolu işıqlandırırdı, dənizi nəhəng səngər kimi kəsirdi və sonra qarşıdakı sahilin qaranlıq ənginliklərində itirdi.AP 241.2

    “Misirlilər onlan təqib etdilər; fironun atları, döyüş arabalan və süvariləri İsrail övladlannın ardınca dənizin ortasına girdilər. Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misirlilərə baxıb onların arasına qarışıq saldı”. Onların heyrətli baxışları qarşısında sirli bulud odlu sütuna çevrildi. Göy gurultuları eşidildi, şimşəklər parladı. “Buludlar yağışa döndü, göylərdən gurultular eşidildi. Hər tərəfə oxlann töküldü. Qasırğanın içindən ildırım çaxdı, şimşəklər yer üzünə işıq saçdı, yer lərzəyə gəlib sarsıldı” (Məzmur 77:17,18).AP 241.3

    Misirliləri təlaş və dəhşət bürüdü. Təbiətin coşqun qüvvələrinin qəzəbi içərisindən onlar Allahın hiddətli səsini eşitdilər və geriyə, sahilə dönməyə cəhd etdilər. Lakin Musa yenidən əsanı qaldırdı və qalxmış sular köpüklənə-köpüklənə, coşaraq acgözlüklə öz şikarlarının üstünə cumdular və Misir ordusunu qaranlıq dərinlikdə basdırdılar.AP 241.4

    Səhər açılanda İsrail xalqı düşmənin qüdrətli ordusundan nə qaldığını gördü, - döyüşçü geyimində olan cəsədlər sahilə səpələnmişdilər. Yeganə bir gecə ən dəhşətli ölümdən tam qurtuluş gətirmişdi. Üstəlik heyvan sürüləri də yük olmuş çoxlu sayda insanların hamısı -döyüşməyə vərdiş etməmiş qullar, qadınlar, uşaqlar, - dənizin və onlara çatan qüdrətli Misir odusunun arasında qalmışdılar və budur, hamı gördü ki, necə onların düşmənləri gözlədikləri təntənəli qələbə anında batınldılar. Tanrı onları xilas etdi və imanla, şükranlıqla dolu qəlblər Ona yönəldilər. İnsanların hissləri tərif nəğmələrinə axdı. İlahi Ruh Musada bərqərar oldu və onunla birlikdə xalq şükranlıqla qələbə nəğməsini oxudu, bu nəğmə ən qədim və bununla yanaşı nə vaxtsa insana məlum olan ən uca himnlərdən biri idi.AP 241.5

    “Rəbbə ilahi oxuyacağam, çox böyük zəfər çaldı. Atı və süvarini dənizə tulladı. Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi. Rəbb mənim Allahımdır, Ona həmd edəcəyəm. Atamın Allahıdır, Rəbbi yüksəldəcəyəm. Rəbb döyüşçüdür, Rəbdir Onun Adi. Fironun döyüş arabalarını, ordusunu da dənizə atdı. Döyüş arabalarının başçıları qırmızı dənizdə boğuldular. Əngin sulara bürünüb daş tək dərinliklərə necə də qərq oldular. Ya Rəbb! Sənin sağ əlin qüdrətdən izzətləndi. Ya Rəbb! Sənin sağ əlin düşməni əzəndir. Sənə qarşı çıxanları möhtəşəm əzəmətin yıxar, Sənin göndərdiyin qəzəb onları saman çöpü tək yandırar. Burnunun nəfəsi ilə sular toplanar, yığılar bir yerə, axınlar dayanar, dəniz qoynunda coşan sular qatılaşar. Düşmən dedi: “İzləyim, çatıb qənimət paylayım: bundan canım doyacaq, qılıncımla onları məhv edəcəyəm”. Nəfəsinlə üfürdün, dənizlə onları bürüdün. Qurğuşun tək onlar nəhəng sularda batdılar. Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəzmli və alqışlara layiq, möcüzələr yaradan Sənin kimisi varmı? Sağ əlini uzadanda torpaq onları uddu. Məhəbbətinlə qurtardığın xalqa sən yol göstərdin. Müqəddəs məskəninə Öz gücünlə apardın. Xalqlar eşidib əsdi, Filişt sakinlərini qorxu kəsdi. Edom başçılarını o an dəhşət bürüdü. Moav igidlərini vahimələrə saldı. Kənan sakinləri isə üzülüb qaldı. Onların üzərini qorxu, vəlvələ aldı. Güclü qoluna görə daştək lal-kar oldular, o vaxtadək ki xalqın keçəcək, Ya Rəbb qurtardığın xalq keçəcək! Ya Rəbb xalqını gətirib salacaqsan mülkün olan dağına, Özün üçün yaratdığın yaşadığın məskəninə, ey Xudavənd! Əlinlə qurduğun müqəddəs məkanına” (Çıxış 15:1-17).AP 242.1

    Çox böyük sayda israillilərin oxuduqları bu əzəmətli nəğmənin səsi ənginliklərdən gələn əks-səda kimi hər yerdə eşidilirdi. İsrail qadınları da bu nəğməyə qoşuldular, Musanın bacısı Məryəm də hamıdan qabaqda gedirdi, bu qadınlar dəflə rəqs edə-edə gedirdilər. Nəğmənin şən sözləri səhranın və dənizin üzərində çox uzaqlara yayılırdı və dağlardakı əks-səda tərif sözlərini təkrar edirdi: “Rəbbə ilahi oxuyun, çox böyük zəfər çaldı”.AP 242.2

    Böyük qurtuluşun şərəfinə qoşulan bu nəğmə ibrani xalqının yaddaşından heç vaxt silinməməli idi. Əsrdən-əsrə İsrailin peyğəmbərləri və müğənniləri onu təkrar edərək şəhadət etməli idilər ki, Tanrı Ona inananların gücü və qurtuluşudur. Bu nəğmə yalnız ibrani xalqının sərvəti deyildir, O həm də göstərir ki, vaxt gələcək, həqiqətin bütün düşmənləri məhv ediləcəklər və Allahın İsraili son qələbə qazanacaqdır. Patmos adasında peyğəmbər ağ paltar geymiş çoxlu sayda adam görmüşdü, onlar “qalib gəlmişdilər” və “şüşə dənizi üzərində, Allahın arfalan əllərində Allahın qulu Musanın mahnısını və Quzunun mahmsını oxuyurdular” (Vəhy 15:2-3).AP 242.3

    “Bizi yox, ya Rəbb, bizi yox, məhəbbətin, sədaqətin naminə öz adını şərəfləndir” (Məzmur 115:1). İsrail xalqının öz qurtuluşu haqqındakı nəğməsi bax bu cür ruha malikdir və Allahı sevən və Ondan qorxan bütün qəlblərdə də bu cür ruh məskən salacaqdır. Bizim canlarımızı günahın köbliyində azad edərək Allah bizim üçün Qırmızı dəniz yanında ibranilərə etdiyindən daha böyük qurtuluş edəcəkdir. İsrail oğulları kimi biz Allahı, “Onun insan oğullarına möcüzəli işləri üçün” bütün qəlbimizlə, varlığımızla vəsf etməliyik. Allahın böyük mərhəmətlərini düşünən və hətta Onun ən adi bəxşlərini unutmayan mərhəmətə bürünür və onun qəlbi Rəbbi vəsf edəcəkdir. Biz hər gün Allahdan aldığımız xeyir-dualan, daha çox isə bizə xoşbəxtlik gətirən və Səmanı bizə açan İsanın ölümünü vəsf etməliyik. Biz Onun xüsusi xənizəsi olmağımız üçün bizi Özünə bağlayanda Allah bizə necə mərhəmət, necə müqayisedilməz məhəbbət göstərmişdir! Bizim Allahın övladları adlana bilməyimiz üçün bizi Bağışlayan tərəfindən necə qurban gətirilmişdir! Böyük əfv planında bizə təklif olunan mübarək ümidə görə Allahı vəsf etməliyik; Onu səmavi miras və zəngin əhdlərinə görə tərif etməliyik, bizim üçün vəsatət edən İsaya görə tərifləməliyik. Yaradan deyir: “Kim ki şükür qurbanı təqdim edir Məni şərəfləndirir” (Məzmur 50:23). Bütün səma sakinləri Allahın adını birlikdə vəsf edirlər. Buna görə də indi mələklərin nəğməsini oxumağı öyrənməliyik ki, parlaq cərgələrə düşəcəyimiz vaxt onu oxuya bilək. Zəbur oxuyanla birlikdə deyək: “Ömür bojru Rəbbə həmdlər söyləyəcəyəm, Allahımı nə qədər varam tərənnüm edəcəyəm!”. “Ey Allah, Sənə xalqlar şükr etsin, qoy Sənə bütün xalqlar şükür etsin” (Məzmur 146:2; 67:5).AP 243.1

    Allahın qabaqgörənliyi ibraniləri dənizin yanındakı dağ dərəsinə gətirdi ki, Rəbb orada qurtuluş zamanı Öz qüdrətini göstərsin və zülmkarların təkəbbürünü layiqli şəkildə yatırtsın. O onları başqa cür də xilas edə bibrdi, lakin elə yol seçdi ki, onların imanını sınasın və Özünə etibarı möhkəmlətsin. Xalq yorulmuşdu, qorxudan əzab çəkirdi, lakin əgər insanlar Musa onlara irəli getməyi əmr edəndə geri qayıtsaydılar, Allah heç vaxt onlara xilas yolunu açmayacaqdı. “Onlar Qırmızı dənizdən qurudan keçən kimi keçdilər; misirlilər də bunu etməyə təşəbbüs göstərdilər, amma boğuldular” (İbranilər 11:29). Suya lap yaxın gəlməklə onlar Musa vasitəsilə deyilən Allah Sözünə öz imanlarını sübut etdilər. Onlar gücləri çatan hər şeyi etdilər və onda Qadir Allah dənizi araladı və onlar üçün yol açdı.AP 243.2

    Bunda bütün dövrlər üçün ciddi dərs vardır. Tez-tez məsihçinin həyatında gücçatmaz görünən təhlükələr və vəzifələr az olmur. Təsəvvür yaxınlaşan həlakı və köbliyi, yaxud arxadakı ölümü canlandırır. Lakin Allah səsi aydın əmr edir: “İrəli get”. Hətta gözbrimiz qaranlıqda heç nə seçməsə də və soyuq dalğalan ayaqlarımızda hiss etsək də, biz bu əmrə tabe olmalıyıq. Bizim irəli getməyimizin qarşısını kəsən maneələr şübhə edənlərin və ruhən tərəddüd edənlərin önündən heç vaxt itməyəcəkdir. Yalnız bütün şübhələrin kölgələri itdiyi və uğursuzluğun, yaxud məğlubiyyətin heç bir izi qalmadığı vaxt itaət etməyə hazırlaşanlar ümumiyyətlə heç vaxt itaət etməyəcəklər. İmansızlıq səsi pıçıldayır: “Bütün maneələr yox olana və yolunuz tam aydınlaşana kimi gəl gözləyək”. Lakin iman hər şeyə ümid edərək və heç nəyə şübhə etməyərək cəsarətlə irəli çağırır.AP 244.1

    Misirlibr üçün qaranlıq divarı olan bulud ibranilər üçün bütün düşərgəni işıqlandıran və onların yolunu nurlandıran böyük işıq axını idi. Qabangörənlik beləcə imansızı zülmətə və ümidsizliyə düçar edir, imanlı cana isə işıq və sülh gətirir. Allahın hazırladığı yol səhradan və dənizdən keçə bilər, lakin bu, təhlükəsiz yoldur.AP 244.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents