Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    31-ci fəsil
    NADAVIN VƏ AVİHUNUN GÜNAHI

    (Bu fəsil Levililər Kitabının 10:1-11-ci fəslinə əsaslanır)

    Məbədin müqəddəsləşməsindən sonra kahinlər müqəddəs xidmətə təyin edildilər. Bu mərasimlər yeddi gün davam etdi və onlardan hər biri xüsusi ibadətlə fərqlənirdi. Səkkizinci gün xidmətə başladılar. Harun öz oğullarının köməyi ilə Allahın tələb etdiyi qurbanları gətirdi və sonra əllərini göyə qaldıraraq xalqa xeyir-dua verdi. Hər şey Rəbbin əmr etdiyi kimi edildi və O, qurbanı qəbul etdi və Öz izzətini xüsusi surətdə göstərdi - Rəbdən od çıxdı və qurbangahdakı qurbanı yandırdı. Xalq pərəstişkar qorxu və dərin maraqla İlahi qudrətin məcüzəli təzahürünə baxırdı. İnsanlar bu əlamətdə Allah şöhrətini və lətafətini gördülər və onların duyğuları ümumi tərif və pərəstiş sədalannda qovuşdu; onlar sanki Tanrını öz gözləri ilə görərək üzü üstə yıxıldılar.AP 308.1

    Lakin tezliklə bundan sonra baş kahinin ailəsi qəflətən dəhşətli bədbəxtliyə düçar oldu. İbadət vaxtı xalqın duaları və şükürləri Allaha qalxanda Harunun iki oğlu hərəsi öz buxurdanını götürüb onlarda Rəbbin önündə ətirli buxur yandırdılar. Lakin onlar “haram od” götürməklə əmri pozdular. Buxur yandırmaq üçün onlar Allahın Özünün yandırdığı və bu məqsəd üçün istifadə etməyi əmr etdiyi müqəddəs od əvəzinə adi od götürdülər. Bu günah da ona səbəb oldu ki, Allahdan od çıxdı və onları bütün xalqın gözləri qarşısında yandırdı Nadav və Avihu Musa və Harundan sonra İsraildə ən yüksək mövqe tuturdular. Rəbb onlara yetmiş ağsaqqalla birlikdə dağda Allah şöhrətinə baxmağa icazə verməklə onları xüsusi fərqləndirmişdi. Lakin bu onların etdikləri günaha hal qazandıra, yaxud ona göz yummağa imkan verə bilməzdi. Əksinə, bu onların cinayətlərini daha ağır edirdi. Onların böyük işıq almaların və İsrail xalqının rəisləri kimi dağa qalxmalan, onlann Allahla ünsiyyətdə üstünlüyə malik olmalan və Onun şöhrətinin işığında olmaları onlara belə bir ümidə qapılmağa imkan vermirdi ki, onlar cəzasız olaraq günah edə bilərlər və Allah onları belə şərəfə layiq gördüyünə görə onlar sərt cəzaya düçar olmazlar. Bu, dəhşətli yanılmadır. Bizə bəxş edilən böyük işıq və üstünlüklər bizdən lazımi xeyirxahlıq və müqəddəslik tələb edir. Allah daha kiçiyini qəbul edə bilməz. Böyük xeyir-dualar və üstünlüklər heç vaxt qayğısızlığa və məsuliyyətsizliyə imkan verməməlidir. Onlar günah etməyə və Allahın bizə çox tələbkər olmayacağını fikirləşməyə heç vaxt haqq verə bilməzlər. Allahın bəxş etdiyi bütün üstünlüklər bizi ruhlandırmağa, bizim səylərimizi gücləndirməyə və Allahın müqəddəs iradəsini yerinə yetirməkdə bizə güc verməyə xidmət edirlər. Nadav və Avihu gənclikdən özlərini ələ almağa öyrədilməmişdirlər. Güzəştli xarakter, ədalət məsələlərində möhkəmlik göstərmək bacanqsızlığı onların atasını ona gətirib çıxartdı ki, o, öz oğullarının tərbiyəsinə biganə qaldı. O, oğullanna istədikləri kimi hərəkət etməyə imkan verdi. Özlərinə uymaq adəti onlara o qədər hakim oldu ki, hətta ən müqəddəs borcun məsuliyyəti belə onu qıra bilmədi. Onlara öz atasının nüfuzuna hörmətlə yanaşmağı öyrətməmişdilər və onlar Allahın tələblərinin dəqiq yerinə yetirilməsi zəruriliyini dərk etmirdilər. Harunun öz oğullarına məhvedici biganəliyi ona gətirib çıxartdı ki, onlar İlahi cəzanın obyekti oldular.AP 308.2

    Allah xalqı öyrətmək istəyirdi ki, pərəstiş və həssaslıqla Ona yaxınlaşsınlar və Ona Allahın hökm etdiyi kimi xidmət etsinlər. O, qismən itaəti qəbul edə bilməz. Kifayət deyildir ki, ibadətin təntənəli vaxtında demək olar ki, hər şey Onun əmr etdiyi kimi edilmişdir. Rəbb Onun hökmündən uzaqlaşanları və adi ilə müqəddəs arasında fərq qoymayanları lənətləmişdir. O, peyğəmbər vasitəsilə deyir: “Vay halına pisə yaxşı, yaxşıya pis söyləyənlərin, qaranlığı işıq, işığı qaranlıq sayanların, acıya şirin, şirinə acı deyənlərin! Vay halına özlərini müdrik zənn edənlərin, ağıllı sayanların! Vay halına şərab içməkdə özlərini mahir sayanların, içkiləri qarışdırıb içməkdə pərgar olanların! Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların, haqlıların haqqını əlindən alanların!....Çünki Ordular Rəbbinin qanununu rədd etdilər, israilin Müqəddəsinin sözünə xor baxdılar”. (Yeşaya 5:20-24). Qoy heç kim özünü aldatmasın ki, Allah hökmlərinin bir hissəsi məcburi deyildir və O, tələb edibnin əvəzinə başqasını qəbul edəcəkdir. Yeremiya peyğəmbər deyir: “Xudavənd fərman verməsə, kimin dediyi həyata keçər?” (Mərsiyələr 3:37). İnsanların cazasız olaraq istədikləri kimi hərəkət edə bilməbri haqqında Müqəddəs Yazıda Allah heç bir göstəriş verməmişdir. Kim ciddi itaət yolundan dönərsə və başqa yollarla gedərsə, görəcəkdir ki, “sonu ölümdür” (Süleymanın məsəlbri l4:12).AP 309.1

    Musa Haruna və onun sağ qalan oğulları Eleazar ib İtamara dedi: “Siz yas tutaraq saçlannızı dağıtmayın və paltarlannızı cırmayın. Yoxsa öbrsiniz... çünki Rəbbin məsh yağı üzərinizdədir”. Böyük rəhbər öz qardaşına Allah sözlərini xatırlatdı: “Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar bütün xalq məni izzətləndirsin”. Harun susurdu. Onun oğullarının belə gözlənilməz və dəhşətli günah vəsitəsilə ölümü atanın qəlbini əzabla sıxırdı, lakin o, öz hisslərinə azadlıq vermirdi, o, indi başa düşürdü ki, onun oğullarının ölümünə səbəb olan günah onun öz vəzifələrinə şəxsi etinasızlığının nəticəsi olmuşdur. Kiçicik bir kədər ifadəsi ib o, günaha mərhəmət göstərməməli idi ki, bu, xalq üçün Allaha qarşı gileylənməyə bəhanə olmasın.AP 310.1

    Rəbb Öz xalqına Onun hərəkətlərinin ədalətliliyini tanımağı öyrətmək istəyirdi ki, başqalarına qorxu təlqin etsin. İsraildə eləbri də var idi ki, onlar üçün bu dəhşətli cəza xəbərdarlıq ola bilərdi və onlar öz talelərini həll edənə qədər Allahın çoxsəbirliliyindən sui-istifadə etməkdən onları xilas edə bibrdi. Öz günahına haqq qazandırmağa çalışan günahkara yalançı mərhəməti Allah mühakimə edir. Günah insanın mənəvi hissiyatını o qədər zəiflədir ki, o, cinayətin eybəcərliyini dərk etmir və Müqəddəs Ruhun inandırıcı gücündən məhrum olaraq öz günahına qarşı kor qalır. Məsihin xidmətçilərinin borcu belə azmışlara onları hədəbyən təhlükəni göstərməkdir. Xəbərdarlıqların təsirini dağıdanlar və günahkarların gözbrini real vəziyyətə və günahın nəticələrinə bağlayanlar çox vaxt özbrini bununla aldadırlar ki, guya xeyirxahlıq edirbr, lakin belə etməklə onlar Allahın Müqəddəs Ruhunun işinə mane olurlar. Onlar günahkarlara ölümün kənarında layla çalırlar; onlar onların günahlarının iştirakçıları olurlar və onların tövbə etməmələrinə görə öz üzərlərinə dəhşətli məsuliyyət qoyurlar. Çoxları, lap çoxları belə yalançı və aldadıcı mərhəmətin qurbanı olurlar.AP 310.2

    Nadav və Avihu şərabın təsirindən tam ayıq olsaydılar, heç vaxt dəhşətli günah etməzdilər. Onlar dark edirdilər ki, İlahi hüzurun göründüyu məbədə daxil olmaq üçün onlar xüsusi diqqət və təntənə ib hazırlaşmalıdırlar; lakin özbrini saxlamamaq qardaşları öz müqəddəs vəzifələrinə layaqətsiz etdi. Onların ağılları dumanlandı və mənəviyyatları o qədər düşkünbşdi ki, müqəddəs və adi arasındaki fərqi görmədilər. Haruna və onun sağ qalan oğullanna deyildi: “Sən və övladlann hüzür çadınna nə şərab, nə də kefləndirici başqa içki içib girməyin, yoxsa öbrsiniz. Qoy bu, nəsildən-nəsilə sizin üçün əbədi qayda olsun. Müqəddəslə adi şeyləri ayırd edin, həm də pak və murdar şeylər arasında fərq qoyun. Mənim Musa vasitəsilə bəyan etdiyim bütün qaydalan İsrail övladlarına öyrədin”. Spirtli içkibrin qəbul edilməsi bədəni zəiflədir, şüuru tutqunlaşdırır və mənəviyyatı dağıdır. Bu, insanlara müqəddəs olanın toxunulmazlığını, İlahi tələblərin dönməzliyini dərk etməyə mane olur. Allahın xidmətçiləri olanlann hamısı ciddi təmkinli adamlar olmalıdırlar ki, xeyirb şər arasında müəyyən fərq qoymaq qabiliyyətini itirməsinlər; prinsipial möhkəmliyə və müdrikliyə malik olsunlar, ədalətb idarə etsinbr və mərhəmət göstərsinlər.AP 311.1

    Bu cür vəzifə Məsihin hər bir davamçısmın üzərinə qoyulur. Həvari Peter deyir: “Siz isə, seçilmiş nəsil, Padşahın kahin tayfası, müqəddəs millət, Allaha məxsus xalqsınız” (1 Peter 2:9). Allah bizdən bədənimizi və ruhumuzu mümkün qədər yaxşı vəziyyətdə saxlamağı tələb edir ki, biz Yaradana ləyaqətlə xidmət edə bibk. Qızışdıncı içkilərin qəbul edilməsi bizim üçün İsrail kahinbrinin başına gələnləri gətirə bibr. Beb halda vicdan günaha qarşı həssaslığı itirir və bu, hissləri o qədər qəddarlaşdırır ki, adi ib müqəddəs arasındakı hər bir fərq mənasmı itirir. Onda biz İlahi tələblərin meyan ib necə uyğunlaşa bibrik? “Məgər bilmirsiniz ki, bədənləriniz, Allahdan aldığınız və sizdə yaşayan Müqəddəs Ruhun məbədidir və siz özünüzə məxsus deyilsiniz? Çünki siz çox baha qiymətə alınmısımz. Buna görə, Allahınkı olan bədəninizlə və ruhunuzla Allahı izzətləndirin” (1 Korinflilərə 6:19,20). “Beləliklə, yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin” (1 Korinflilərə 10:31). Təntənəli və dəhşətli xəbərdarlıq bütün əsrlərin məbədlərinə yönəlmişdir: “Kim Allahın məbədini məhv edərsə, Allah onu məhv edəcəkdir. Çünki Allahın məbədi müqəddəsdir; bu məbəd isə sizsiniz”(l Korinflilərə 3:17).AP 311.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents