Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    47-ci fəsil
    GİVEONLULARLA İTTİFAQ

    (Bu fəsil Yeşua Kitabının 9-cu və 10-cu fəsillərinə əsaslanır)

    İsraillilər Şekemdən özlərinin Qilqalda yerləşən düşərgələrinə qayıtdılar. Orada onların yanına tezliklə hansısa qəribə adamlar gəldilər və onlarla müqavilə bağlamağı xahiş etdilər. Onlar özlərinin uzaq torpaqdan gəlmələr olduğunu elan etdilər, onların xarici görünüşü də, sanki, bunu təsdiq edirdi. Onların köhnə paltarları solğunlaşmışdı, ayaqqabıları sürtülmüşdü. Yol ehtiyatları kiflənmişdi, şərab qabları kimi istifadə olunan xəz dərilər cırılmışdı və səfər zamanı olduğu kimi, sanki, tələsik, necə gəldi düzəltmişdilər.AP 447.1

    Onların vətənində, Fəbstindən uzaqda, insanlar Allahın Öz xalqı üçün etdiyi möcüzələr haqda eşitmişdilər və onları İsraillə ittifaq bağlamağa göndərmişdibr. İbranilərə xüsusi xəbərdarlıq edilmişdi ki, kənanlılarla heç bir müqavilə bağlamasınlar, xalqın rəhbərlərində bu gəlmələrin sözlərinin həqiqiliyinə şübhə yarandı və onlar dedilər: “Bəlkə, siz bizim yaxınlığımızda yaşayırsınız?” Onlar buna yalnız beb cavab verdilər: “Biz sənin qullarınıq”. Lakin Yeşua onlardan birbaşa cavab tələb edəndə: “Kimsiniz və haradan gəlmisiniz?” - onlar əvvəlki sözlərini təkrar etdilər və öz səmimiliklərinə sübut olaraq əlavə etdibr: “Sizin yanınıza gələndə biz bu çörəyimizi evimizdən isti götürmüşdük; indi isə, budur, o, quru və boyat olmuşdur. İçində şərab olan xəz dəriləri biz dolduranda təzə idilər, indi cırılmışlar; bu paltarımız və ayaqqabımız çox uzun yoldan köhnəlmişlər”.AP 447.2

    Bu dəlillər bütün şübhələri dağıtdı. İbranilər “Rəbdən soruşmadılar və Yeşua onlarla sülh bağladı, onların həyatını qoruyacağı barədə şərt kəsdi və cəmiyyətin başçıları and içdilər”. Beləliklə ittifaq bağlandı. Həqiqət üç gündən sonra üzə çıxdı. Onlar “eşitdilər ki, onlar qonşularıdırlar və elə onların yaxınlığında yaşayırlar”. İbranilərin önündə öz gücsüzlüklərini dərk edərək giveon əhalisi öz həyatlarını qorumaq üçün hiyləgərliyə əl atmışdılar.AP 448.1

    Uyduqları yalanı biləndə israilliləri güclü hiddət bürüdü. Üç günlük keçiddən sonra onlar giveonluların ölkənin mərkəz hissəsinin yaxınlığında yerləşən şəhərlərinə yaxınlaşanda onlann hiddəti daha da coşdu. Buna görə bütün İsrail camaatı başçılara şikayətləndilər, ittifaq qeyri-düzgün yolla bağlansa da başçılar ittifaqı pozmaqdan imtina etdilər, çünki onlar “onlara İsrailin Allahı Rəbbin adı ilə and içmişdilər”. “İsrail oğullan onları məhv etmədilər”. Giveonlular bütlərə daha səcdə etməməyə, ancaq əsl Allaha xidmət etməyə and içdilər və onlann əfv edilməsi bütpərəst kənanlıların məhv edilməsi haqda İlahi əmri pozmurdu. İttifaq bağlayarkən ibranilər öhdələrinə günah etmək götürmürdülər. And yalan yolu ilə alınmış olsa da, onu pozmaq olmazdı. Əgər kimsə nəyəsə and içmişdirsə və bu, onu cinayət iş görməyə məcbur etmirsə, bu cür and müqəddəs sayılır. Heç bir maddi düşüncələr, nə qisas, nə şəxsi maraqlar əhdin və ya andın toxunulmazlığına təsir edə bilməzdilər. “Rəbb yalançı dilə ikrah edər” (Məsəllər 12:22) və “Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər?” - “Şərəfsizə xor baxan, Rəbdən qorxanlarasa hörmət edən” (Məzmur 24:3; 15:4).AP 448.2

    Giveonluların həyatı əfv edildi, lakin onlar məbəd yanında qul kimi oldular və orada ən qara işləri yerinə yetirdilər. “Həmin gün Yeşua təyin etdi ki, onlar camaat üçün və Rəbbin qurbangahı üçün odun yarsınlar və su daşısınlar”. Bu şərtlər minnətdarlıqla qarşılandı, çünki onlar israillilərin önündə öz günahlarını dark edirdilər və heç bir şərtə baxmayaraq, onların mərhəmətinə sevinirdibr. “Budur, indi biz sənin əlindəyik, - onlar Yeşuaya dedilər. - Bizimb necə rəftar etmək sənə yaxşı və ədalətli görünsə, o cür də rəftar et”. Bütöv yüzilliklər ərzində onların törəmələri məbəd yanında işbdibr.AP 448.3

    Giveonun ərazisində dörd şəhər yerbşirdi. Bu şəhərbrin sakinbrinin padşahı yox idi, onları ağsaqqallar və rəislər idarə edirdilər. Qalanlarının içərisində əsas olan Xevron “padşah şəhərlərindən biri kimi böyük şəhər idi... və onun bütün sakinləri cəsur adamlar idibr”. Lakin onlar ən alçaq işə getdilər ki, yalnız sağ qalsınlar, - budur israillilərin Kənan sakinbrinə təlqin etdikləri həmin dəhşətin gözəl sübutu.AP 448.4

    Giveonlular israillilərlə düzgün rəftar etsəydilər, onların qisməti xeyli yaxşı olardı. Allaha itaət onların həyatını qorusa da, yalan onları biabırçılığa və köləliyə düçar etdi. Rəbb nəzərdə tutmuşdu ki, kim bütpərəstliklə əlaqəni kəssə və İsraib birləşsə, əhdin xeyir-dualarından faydalansınlar. Onlar “sənin arandakı gəlmə” təyinatı altına düşürdülər və azacıq istisnadan başqa, bu adamlar İsraillə bərabər eyni üstünlüklərdən istifadə edirdilər. Rəbbin əmrində deyilirdi:AP 449.1

    “Qərib sizin torpağınızda məskən salanda, onu sıxışdırmayın. Sizdə məskən salan qərib qoy sizin üçün sizin yadelli kimi olsun, onu özün kimi sev”. Pasxa və qurbangətirmə haqda əmrdə deyilirdi: “Ey camaat, sizin üçün və sizinlə yaşayan yadelli üçün qayda birdir, nəsilbr boyu daimi qaydadır, çünki Rəbb sizə də, yadellilərə də bir gözlə baxır” (Saylarl5: 15).AP 449.2

    Əgər düzgün hərəkət etsəydibr, giveonlular da bu cür hüquqlardan istifadə edə bibrdibr. “Cəsur adamlar olan” “padşah şəhərinin” sakinləri üçün bütün gələcək dövrlər boyu odunyaran və sudaşıyan olmaq eb də asan olmadı. Başqalarını aldatmaq üçün onlar əyinbrinə dibnçi paltarları geyindilər, bu paltarlar, əbədi köləliyin rəmzi kimi, eb əyinlərində də qaldı. Bütün nəsillər boyu onların kölə vəziyyəti Allahın yalana ikrah bəsbdiyinə şəhadət etməli idi.AP 449.3

    Giveonun israillilərə təslim edilməsi Kənanın bütün padşahlarını dəhşətə gətirdi. Öz qəsbkarları ilə ittifaq bağladıqlarına görə giveonlulardan qisas almaq üçün dərhal tədbirlər görüldü. Yerusəlim padşahı Adoni-Sedeqin rəhbərliyi altında Giveonu məhv etmək üçün beş kənanlı padşah razılığa gəldilər. Bütün bunlar çox tez baş verdi və müdafiəyə hazır olmayan giveonlular Yeşuanın yanma, Qilqala elçi göndərdibr: “Əlini qullanndan çəkmə; tez yanımıza gəl, bizi xilas et və bizə kömək ver; çünki dağlarda yaşayan bütün Emor padşahları bizə qarşı birləşib”. Giveonun üzərini alan təhlükə yalnız onun sakinlərini deyil, İsraili də qorxutdu. Mərkəzi və cənubi Fələstinə gedən əsas yollar bu şəhərdən keçirdi və əgər israillilər bütün ölkəni fəth etməyi fikirləşirdilərsə, bu şəhəri düşmənə təslim etmək olmazdı.AP 449.4

    Yeşua dərhal Giveonun müdafiəsinə hazırlaşdı. Hücuma məruz qalmış şəhərin sakinləri ehtiyat edirdilər ki, onların yalanı köməkdən imtinaya səbəb ola bilər, lakin onlar İsrail xalqına birləşdikləri və Allaha səcdə etməyə başladıqları vaxtdan Nun oğlu Yeşua onları qorumağı özünə bore bilirdi. Bu dəfə, yola düşməzdən əvvəl, o, İlahi məsləhət istədi və Rəbb ona razılıq verdi. “Onlardan qorxma, - İlahi vəhydə deyilirdi, - çünki Mən onları sənin əllərinə təslim etmişəm; onlardan heç kim sənin önündə dura bilməz”. Yeşua Qilqaldan yola düşdü, “döyüşə qadir olan bütün xalq və bütün igidlər də onunla birlikdə”.AP 450.1

    Bütün gecə öz adamları ilə birgə gedərək, Yeşua səhər Giveona çatdı. Birləşmiş rəislər şəhərin ətrafında təzəcə yerləşmişdilər ki, Yeşua onlara hücum etdi. Bu sürətli hücum müttəfiqlərin tam məğlubiyyəti ilə başa çatdı. Çoxsaylı ordular Bet-Xoronun enişinə tərəf qaçdılar; zirvəyə çataraq onlar dağın sərt enişi ilə sürətlə endilər. Lakin burada onların üzərinə dəhşətli dolu yağdı. “Rəbb onların üstünə göydən böyük daşlar yağdırdı... Daş kimi dolu ilə ölənlər İsrail övladlarının qılıncla öldürdüklərindən daha çox idi”.AP 450.2

    Emorlular dağlarda sığınacaq tapmaq niyyəti ilə qanşıqlıq və həyacan içərisində qaçmaqda davam etdikləri zaman Yeşua dağın zirvəsində duraraq və aşağı baxaraq dark etdi ki, günün axırına kimi döyüşü başa çatdıra bilməyəcəkdir. Əgər düşmənlər tamamilə darmadağın edilməsələr, onlar kömək gözləyəcəklər və yeni hücuma başlayacaqlar. “Yeşua Rəbbə dua etdi... və israillilərin önündə dedi: “Dayan ey günəş, Giveon üzərində, ey ay, Ayyalon dərəsində”. Xalq öz düşmənlərindən qisas alana qədər günəş də, ay da dayandı. Salehin kitabında yazılan bu deyilmi: “Günəş səmanın ortasında dayandı və demək olar ki, bütöv bir gün qərbə tələsmədi”.AP 450.3

    Axşam düşməzdən əvvəl Yeşuaya verdiyi vədi Allah yerinə yetirdi. Düşmən tamamilə ona təslim edildi. O günün hadisələri uzun müddət xalqın yaddaşında qaldı. “Nə ondan əvvəl, nə də sonra, Rəbbin insan səsini bu cür eşitdiyi belə gün olmamışdı. Çünki Rəbb İsrail uğrunda vuruşmuşdu”. “Uçan oxlarının qığılcımından, vıyıldayan nizənin panltısından günəş və ay yerlərində durdu. Yer üzündə qəzəb içində gəzdin, millətləri hiddətlə tapdaladın. Sən Öz xalqının qurtulması üçün, məsh etdiyin millətin xilas olması üçün çıxdın” (Habaqquq 3:1113).AP 450.4

    Allah Ruhunun təsiri altında Yeşua dua etmişdi ki, İsrail Allahının qüdrətinə sübut alsın. Bu xahiş heç də böyük rəhbərin özünə arxayın olmasına şəhadət etmirdi. Nun oğlu Yeşua vəd edilmişdi ki, İsrailin düşmənlərini Allah məhv edəcəkdir, lakin o elə ciddi səy göstərmişdi ki, elə bil döyüşün müvəffəqiyyəti bütünlüklə İsrail ordusundan asılı idi. O, insanın qadir olduğu hər şeyi etdi və sonra imanla İlahi kömək üçün müraciət etdi. Müvəffəqiyyətin sirri insan səyinin İlahi qüvvə ilə ittifaqındadır. Böyük uğurlara yalnız Qadir Allahın qüvvəsinə ümid bəsləyənlər çatırlar. “Dayan ey günəş, Giveon üzərində, ey ay, Ayyalon dərəsində” - deyə əmr edən həmin adam Qilqal yaxınlığındakı düşərgədə yerə uzanaraq saatlarla dua etmişdi. Dua insanları - qüvvə insanlandır.AP 451.1

    Belə qeyri-adi möcüzə şəhadət edir ki, təbiəti Yaradan idarə edir. Şeytan təbii dünyada İlahi işi, bütün Kainatın mövcudluğunun böyük əzəli səbəbinin yorulmaz yaradıcı qüvvəsini insanlardan gizlətməyə çalışır. Bu möcüzə təbiəti Allahdan üstün tutanların hamısına irad göstərir.AP 451.2

    Öz istəyinə görə Allah təbiətin qüvvələrindən düşməni məhv etmək üçün istifadə etdi - “şimşək, dolu, qar, buludlar, qasırğalar Onun sözünü yerinə yetirənlərdir” (Məzmur l48:8). Emorlular Allah niyyətlərinin həyata keçməsinə maneçilik edəndə Rəbb İsrailin düşmənlərinin üzərinə “göylərdən böyük daşlar” ataraq işə qarışdı. Allah Sözü yer tarixinin sonuncu mərhələsində baş verəcək böyük döyüş haqqında məhz belə deyir: “Rəbb cəbbəxanasını açdı, qəzəbinin silahlarını çıxartdı” (Yeremya 50:25). “Qar anbarlarına girmisənmi? Dolu anbarlarını görmüsənmi? Man onlan dar gün üçün, döyüş və müharibə günləri üçün saxlayıram” (Əyyub 38:22,23).AP 451.3

    Yəhya Vəhydə “səmavi məbəddən” gələn yüksək “Yerinə yetdi”! sədasının arxasınca tökülən bədbəxtliyi təsvir edir. O deyir: “Göydən insanların üstünə hər biri bir talant ağırlığında olan böyük dolu dənələri yağdı” (Vəhy 16:17,21).AP 451.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents