Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
Ağsaqqallar və Peyğəmbərlər - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    1-ci fəsil NƏ ÜÇÜN GÜNAHA YOL VERİLMİŞDİR?

    “Allah məhəbbətdir” (1 Yəhya 4:16). Məhəbbət Onün mahiyyəti, Onun varlığı, Onun qanunudur. Həmişə belə olmuşdur və əbədi olaraq belə də olacaqdır. “Uca və əzəmətli, Adı müqəddəs Olanın” “yolu əbədidir”, dəyişməzdir. “Onda nə dəyişiklik var, nə də dönüklük kölgəsi” (Yeşaya 57:15; Habaqquq 3:6; Yaqub 1:17).AP 3.1

    Onun yaradıcı qüvvəsinin hər bir təzahürü hədsiz Məhəbbəti əks etdirir. Allahın hökmranlığı bütün yaranmış varlıqlar üçün xeyir-dua ilə doludur. Zəbur oxuyan deyir:AP 3.2

    “Qolun nə qədər qüvvətlidir,
    Sağ əlin ucadır, əllərin qüdrətlidir!
    Salehlik və ədalət taxtının təməlidir,
    Məhəbbət və sədaqət önündə gedir!
    Bayram şənliyində olan xalq nə bəxtiyardır!
    Ya Rəbb, onlar Sənin üzünün nurunda gəzər.
    İsminə görə daim sevinirlər,
    Salehliyinə görə şərəfə çatırlar.
    Onların ehtişamı, qüvvəti Sənsən.
    Sənin lütfündən gücümüz artır.
    Çünki sipərimiz Rəbdəndir,
    Padşahımız İsrailin Müqəddəsidir”.
    AP 3.3

    (Məzmur 89:13-18)

    Ağsaqqallar və PeyğəmbərlərAP 4.1

    Xeyir və şər arasındakı mübarizənin tarixi, onun səmada alovlandığı vaxtdan başlayaraq, qiyamın sonadək yatırılmasına və günahın kökünün tam kəsilməsinə qədər, dəyişməz Allah Məhəbbətinə şəhadət edir.AP 4.2

    Kainatın Hökmdarı Öz xeyirxah işlərində tək deyildi. Onun niyyətlərini başa düşən və Onunla sevinci bölüşdürərək bütün yaranmış varlıqlara xoşbəxtlik bəxş edə bilən də Onunla idi. “Əzəldən Kəlam mövcuddur; Kəlam Allahda olub və Kəlam Allah olub. O əzəldən Allahda olub” (Yəhyal: 1, 2). Məsih, Kəlam, Allahın Vahid Oğlu, Əbədi Ata ilə təbiətdə, xarakterdə və niyyətdə Vahiddir. Allahın bütün məsləhətləri və niyyətləri səviyyəsinə yalnız O çata bilmişdir. “Onun adı Ecazkar, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Əmin-amanlıq Hökmdarı olacaq” (Yeşaya 9:6). “Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir” (Mikeya 5:2). Allah Oğlu Özünün Allah müdrikliyi olduğunu söyləyir: “Rəbb Öz yolunun başlanğıcında, hər işindən əwəl mənə malik oldu.Yaradılışın əzəlindən, Dünya yaranmazdan əwəl mən var idim... Yerin bünövrələrini təyin edəndə Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, hüzurunda həmişə sevinirdim” (Məsəllər 8:22, 30).AP 4.3

    Ata Öz Oğlu vasitəsi ilə bütün səmavi varlıqlan yaratdı. “Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey Onun vasitəsilə yarandı: istər taxtlar, istər hökmdarlıqlar, istər rəyasətlər, istərsə də hakimiyyətlər, hər şey Onun vasitəsilə və Onun üçün yaradılmışdır” (Koloslulara 1:16). Rəbbin hüzurundan saçılan parlaq nurla əhatə olunmuş mələklər - Allahın xidmət ruhları öz sürətli qanadları ilə uçaraq Onun iradəsini yerinə yetirməyə tələsirlər. Onlara hökm edən isə Allahın Məsh Olunmuş olan, “Allahın izzətinin nuru və mahiyyətinin tam surəti olan və hər şeyi Öz qüdrətli kəlamı ilə davam etdirən Oğul, günahdardan təmizləmək işini başa çatdırıb, səmalarda əzəmətli Allahın sağında oturub” (İbranilərə 1:3).AP 4.4

    “Əvvəlcədən ucaldılmış izzət taxtı” Onun məbədinin yeri idi (Yəremya 17:12); “haqq əsası” Onun padşahlıq əsası idi (İbranilərə 1:8). “Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var” (Məzmur 96:6). “Məhəbbət və sədaqət önündə gedir!” (Məzmur 89:14). Allahm idarəsi Məhəbbət qanununa əsaslanır, buna görə də bütün şüurlu varlıqların xoşbəxtliyi böyük ədalət prinsipi ilə tam ahəngdarlıqdan asılıdır. Allah istəyir ki, Onun yaratdığı bütün varlıqlar Ona məhəbbətlə xidmət etsinlər və bu xidmət Onun mahiyyətinin dərk edilməsinə əsaslansın. O özünə məcburi itaətdən heç bir sevinc duymur. İnsanların Ona könüllü olaraq xidmət edə bilmələri üçün hər bir kəsə iradə azadlığı verilmişdir.AP 4.5

    Nə qədər ki yaranmış varlıqların hamısı məhəbbət qanununun ədalətliliyini tanıyırdılar, bütün kainatda tam harmoniya hökm sürürdü. Yaradanm iradəsinin yerinə yetirilməsi səma ordusuna sevinc gətirirdi. Onlar Onun şöhrətini əks etdirməkdən və Onun admı vəsf etməkdən zövq alırdılar. Onlar Allahı hər şeydən çox sevdikləri üçün bir-birinə də səmimi məhəbbətlə yanaşırdılar. Heç bir saxta səs səmavi ahəngdarlığı pozmurdu. Lakin bu xoşbəxt padşahlıqda dəyişiklik baş verdi. Allahın bütün məxluqlara bəxş etdiyi azadlıqdan sui-istifadə edərək qiyam edən oldu. Günah o şəxsdən doğuldu ki, o, Məsihdən sonra Allah tərəfındən hamıdan yüksəyə ucaldılmışdı və bütün səma sakinləri arasında daha yüksək qüdrətə və şöhrətə malik idi. “Müqəddəs və qüsursuz” “şəfəq oğlu” Lüsifer (yəni iblis) himayə altında olan baş mələklər arasında birinci idi. O, böyük Yaradanın yanında olurdu və əbədi Allahı əhatə edən keçilməz şöhrət şüaları onu işıqlandırırdı. “Xudavənd Rəbb belə deyir: Sən kamilliyin möhürüsən, müdrikliyin bütöv, gözəlliyin qüsursuz idi. Sən Allahın bağçası olan Eden bağında, idin. Cürbəcür qiymətli daşlarla... bəzənmişdin... Sən məshedilmiş, qoruyucu bir keruv idin. Səni bunun üçün qoymuşdum. Allahın müqəddəs dağmın üstündə idin, odlu daşlar arasmda gəzirdin. Yaradıldığın gündən Səndə pislik tapılana qədər yollarında qüsursuz idin” (Yezekel 28:12-15).AP 5.1

    Getdikcə Lüsiferdə özünü yüksək tutmaq cəhdi artır. Müqəddəs Yazılarda deyilmişdir: “Gözəl olduğun üçün ürəyin qürurlandı, əzəmətinə görə müdrikliyini korladın” (Yezekel 28:17). “Sən ürəyində dedin: “...taxtımı Allahm ulduzları üzərində yüksəklərə yerləşdirəcəyəm, ...Özümü Haqq-Taala kimi aparacağam” (Yeşaya 14:13,14). Baxmayaraq ki onu əhatə edən şöhrət Allahdan gəlirdi, bu qüdrətli mələk həmin şöhrətə özününkü kimi baxmağa başladı. Bütün səma sakinlərindən yüksəklərə qaldırılmasma baxmayaraq, öz mövqeyindən narazı olan Lüsifer yalnız Vahid Yaradana məxsus olan şöhrətə çatmaq cəhdinə cəsarət etdi. Səma varlıqlannm diqqətini, məhəbbətini və sədaqətini Allaha yönəltmək əvəzinə, O onları özünə sədaqətlə xidmətə məcbur etməyə çalışırdı. Nəhayətsiz Rəbbin Öz Oğlunu bürüdüyü şöhrətə çatmaq üçün mələklərin bu başçısı yalnız Məsihə məxsus olan hakimiyyəti əldə etmək istəyirdi.AP 5.2

    Beləliklə də, Səmada hökm sürən mükəmməl ahəngdarlıq pozuldu. Lüsiferin öz Yaradanını deyil, özünü yüksəltməyə meyilliliyi, ən yüksək şöhrətə yalnız Allahın layiq olduğunu hesab edən səma sakinlərini həyəcanlandırdı. Səma məclisində mələklər Lüsiferə yalvarırdılar ki, itaət etsin. Allahm Oğlu ona Yaradanın əzəmətini, mehribanlığım və ədabtliliyini, Onun qanununun müqəddəs və dəyişməz təbiətini təsvir etdi. Göylərdəki qaydanı Allah Özü qurmuşdu. Bu qanundan çıxmaqla Lüsifer öz Yaradanına şərəfsizlik etmiş olurdu və özünü ölümə düçar etmiş olurdu. Lakin hədsiz məhəbbət və onun halına acıma ilə edilən bu xəbərdarlıq onu daha da qəzəbləndirdi. Lüsifer Məsihə qarşı paxıllıq hissinin özünə hakim olmasına imkan verdi və daha da qətiyyətlə hərəkət etməyə başladı.AP 6.1

    Mələklərin başçısı Allah Oğlunun ali hakimiyyətinə qarşı mübarizə etməyə hazırlaşırdı ki, bu yolla Allahın müdrikliyini və məhəbbətini şübhəyə məruz qoysun. Bu planın həyata keçirilməsi üçün onun qeyri-adi ağlının bütün gücünü cəmləmək tələb olunurdu; o ağlın ki, ona Məsihdən sonra Allah ordusu sıralarında ən birinci yerlərdən birini tutmağa imkan verirdi. Lakin Öz yaratdığı bütün varlıqlara iradə azadlığı verən Allah heç bir cam üsyançınm özünə haqq qazandırmağa çalışdığı əsilsiz ədalət torunda köməksiz qoymadı. Böyük mübarizə başlamazdan əvvəl hamı Rəbbin - müdrikliyi və mehribanlığı onların bütün sevinclərinin mənbəyi Olamn - iradəsi haqqında aydın təsəwür ala bildi.AP 6.2

    Kainatm Padşahı bütün səma ordusunu topladı ki, onların hüzurunda Öz Oğlunun mövqeyini təsdiq etsin və bütün yaranmış məxluqlara Öz münasibətini göstərsin. Allahm Oğlu Atası ilə birlikdə taxta qalxdı və Onların ətrafında Əbədi və Əzəli, həyatı Özündən Olamn şöhrəti parladı. Sayı-hesabı olmayan “minlərcə və milyonlarca” müqəddəs mələklər dəstəsi taxtın önündə toplandılar (Vəhy 5:11). Xidmətçi və təbəə kimi ən yüksək mövqe tutan məbklər Rəbbin hüzurundan saçılan işığın parıltısında şadlamrdıbr. Toplaşmış bütün səma sakinləri qarşısmda Kainatın Padşahı elan etdi ki, Məsihdən, Allahın Vahid Oğlundan başqa heç kim Onun niyyətlərini tam bilə bilməz və O, Rəbbin böyük fıkirlərini yerinə yetirəcəkdir. Allahın Oğlu bütün səma ordusunun yaranmasında Atasının iradəsini yerinə yetirmişdir və indi onlar Allaha xidmət etdikləri kimi, Ona da pərəstişlə xidmət etmişdilər. Məsih, əwəllər olduğu kimi, yerin və onun sakinbrinin yaranmasında da İlahi qüvvə göstərməli idi. Lakin O, Allahın planına zidd olan hakimiyyəti və yaxud öz-özünü yüksəltməyi axtarmırdı. O, Atasının şöhrəti üçün və Onun mərhəmət, məhəbbət dolu niyyətlərini həyata keçirmək üçün çalışırdı.AP 6.3

    Mələklər sevinclə Məsihin ali hakimiyyətini tanıdılar və məhəbbət, ehtiramla Ona sitayiş etdilər. Lüsifer də onlarla birlikdə baş əydi, lakin onun qəlbində qeyri-adi çılğın mübarizə gedirdi. Həqiqət, ədalət və sədaqət, paxıllıq və qısqanclıqla mübarizə edirdi. Güman etmək olardı ki, o, müqəddəs mələklərin təsiri altında ümumi əhvali-ruhiyyənin axanna düşmüşdü. Minlərlə sevincli səslə tərif himnlərinin ahəngdar melodiyası səsləndikdə Lüsiferi gəmirən paxıllıq sanki itdi, təsviredilməz Məhəbbət onun bütün varlığını bürüdü; onun ruhu bütün pak səma sakinlərinin Ataya və Oğula olan sadiq Məhəbbətinin axanna düşmüşdü. Lakin onu əhatə edən şöhrətdən onun qəlbi yenidən qürurla doldu, bütün hamıdan yüksəkdə durmaq səyi doğuldu və Məsihə paxıllıq onda daha böyük güclə püskürdü. Lüsifer xüsusi bəxşişi kimi, layiq görüldüyü yüksək ehtiramları qiymətləndirə bilmədi və buna görə də öz Yaradanına heç bir şükranlıq hissi duymurdu. öz ləyaqətlərindən və tutduğu yüksək mövqedən tamahlanaraq, o, Allaha bərabər olmağı ehtirasla arzu edirdi. Səma ordusu onu sevərək ehtiram göstərirdi, mələklər onun əmrlərini sevinclə yerinə yetirirdibr. O, müdriklik və şöhrətb hamıdan çox əhatə edilmişdi. Lakin gücdə və hakimiyyətdə Ataya bərabər olan Allah Oğlu ondan yüksək idi. Məsih öz Atasının məsləhətlərində iştirak edirdi, Lüsiferə isə Allahın fikirbri açılmırdı. Bu qüdrətli mələk soruşurdu: “Nə üçün Məsih ali hakimiyyətə malik olmalıdır? Nə üçün Onu məndən yüksək tuturlar?”AP 7.1

    Lüsifer, Allahın hüzurunu tərk edərək, durmadan mələklər arasında narazılıq ruhu oyatmağa çalışırdı. O, bu fəaliyyətini heyrətli dərəcədə gizli həyata keçirirdi və Allaha sitayiş adı altında göstərdiyi fəaliyyətin əsl məqsədini bir müddət gizli saxlamağa nail oldu. O, səma varlıqlarını idarə edən qanunlara hiss olunmadan inamsızlıq yaratmağa çalışırdı. Ötəri olaraq xatırladırdı ki, qanunlar dünyalann sakinləri üçün vacib ola bilər, lakin mələklər daha ali orqanlı varlıqlar olduqlarına görə onların bu cür məhdudlaşdırmalara ehtiyacı yoxdur, çünki onlar bütün fəaliyyətlərində öz müdrikliklərini rəhbər tuta bilərlər. O inandırmağa çalışırdı ki, mələklər Allaha şərəfsizlik göstərə bilməzlər, çünki onların fikirləri müqəddəsdir və Allahın günah etməsi mümkün olmadığı kimi, onların da günah edə bilməsi mümkün deyildir. Lüsifer, Allahın Oğlunun Ata ilə bir səviyyəyə yüksəldilməsini özünə qarşı ədalətsizlik kimi təsvir edirdi və inandırmağa çalışırdı ki, o da sitayişə və şərəfə layiqdir. O, mələkləri başa salmağa çalışırdı ki, o, mələklərin rəisi kimi layiq olduğu yüksək mövqeyə çata bilsəydi, səma ordusu üçün böyük yaxşılıq edə bilərdi, çünki səmadakı azadlığı qorumaq onun vəzifəsi idi. Lakin indi isə hətta onların indiyə kimi malik olduqları azadlığın da sonu çatmışdır, çünki onlann üzərinə hər şeyə qadir Hökmdar qoyulmuşdur və hər kəs Onun nüfuzu qarşısında baş əyməlidir. Bax bu cür incə yalanla da Lüsifer səma məskənində müvəffəqiyyətə nail ola bilirdi.AP 7.2

    Məsihin mövqeyi əzəldən dəyişməz qalmışdır və yalnız Lüsiferin paxıllığı, onun yaydığı yanlış izah, onun Məsihə bərabər olmaq arzusu Allah Oğlunun həqiqi mövqeyini bütün səma sakinlərinə izah etmək vacibliyini doğurdu. Lakin buna baxmayaraq, mələklərin xeyli hissəsi Lüsiferin məkrindən kor kimi olmuşdular.AP 8.1

    Onun sərəncamında olan sevən müqəddəs varlıqların hədsiz sədaqətindən və etibarından istifadə edərək, Lüsifer onların arasında elə məharətlə inamsızlıq və narazılıq yaydı ki, onun həqiqi məqsədi açılmamış qaldı. Lüsifer, Allahın fikirlərini düzgün işıqlandırmayaraq, onları yanlış izah edərək və təhrif edərək ziddiyyət və narazılıq oyadırdı. O, ətrafındakılardan məharətlə söz çəkərək, sonra əlverişli şəraitdə bu məlumatlardan elə istifadə edirdi ki, guya mələklər də Allahın idarəsindən tam razı deyildirlər. Allahın iradəsinə tam itaət etdiyinə inandırmağa çalışaraq o, guya ki, Allahın idarəsini möhkəmlətməyin vacibliyi üçün Səma qayda və qanunlarında dəyişikliklər etməyi təkid edirdi. Allahın Qanununa nifrət oyadaraq və yavaş-yavaş tabeliyində olan mələkləri öz narazılığı ilə yoluxduraraq, Lüsifer özünü elə göstərirdi ki, guya, hər bir etirazı boğmağa və narazılıq edən mələkləri Səma qaydasma itaət etdirməyə çalışır. Narazılıq və üsyan ruhunu gizli qızışdırmaqla bərabər, o, çox böyük məharətlə ətrafındakıları inandırırdı ki, onun yeganə məqsədi ahəngdarlığı və sülhü qoruyaraq sadiq olmaqdır.AP 8.2

    Bu qayda ilə yetişdirilmiş narazılıq ruhu öz məhvedici işini gördü. Hələ ki heç bir aşkar üsyan hadisəsi baş verməmişdi, lakin mələklər arasında hiss olunmadan ziddiyyətlər artırdı. Elələri də tapılırdı ki, Lüsiferin Allahın idarəsi əleyhinə pıçıltılarına iltifatla qulaq asırdı. Onlar əwəllər Rəbbin göylərdə qurduğu qayda ilə tamamilə razı olsalar da, indi narazılıqla bu fıkirdən əzab çəkirdilər ki, Allah Məsihi belə yüksəltmişdir. İndi onlar Lüsiferin Allahın Oğluna bərabər olmaq tələbini də dəstəkləməyə hazır idilər. Lakin sadiq və sədaqətli qalan mələklər Allah idarəsinin müdrik və ədalətli prinsiplərini müdafıə edirdilər. Onlar bu itaətsiz məxluqları hər şeydən Uca Olanın iradəsinə itaət etdirməyə çalışırdılar. Məsih - Allahm Oğludur; O, mələklərin yaranmasından əwəl Allahla Vahid idi və həmişə Atanın sağında olmuşdur. Onun mərhəmətli himayəsində olanların hamısı üçün xeyir-dua ilə dolu olan ali hakimiyyəti əwəllər heç vaxt iddiaya məruz qalmamışdı. Göylərin ahəngi heç vaxt pozulmamışdı, indi nə üçün bu ədavət yaranmalı idi? Sadiq mələklər bu ixtilafın dəhşətli nəticələrini qabaqcadan görürdülər və narazılıq edən mələklərə öz niyyətlərindən əl çəkərək, Allaha sədaqətlə xidmət etməyi can yanğısı və hərarətlə məsləhət verirdilər.AP 9.1

    Allah özünəməxsus böyük canıyananlıqla Lüsiferin əməllərinə çox dözdü. Etiraz ya Etiraf və narazılıq ruhu əvvəllər Göylərdə heç vaxt görünməmişdi. Bu nəsə yeni bir şey idi - qəribə, müəmmalı, sirli. Əvvəlcə Lüsifer özü də öz hisslərinin əsl təbiətini başa düşmürdü; müəyyən vaxt ərzində o, öz rəyini və fıkirlərini söyləməkdən ehtiyat edirdi, lakin onun qəlbinə əzab verən şübhələrdən və ziddiyyətlərdən xilas olmaq üçün səy göstərmədi. O bilirdi ki, bunun nəticəsi nə olacaqdır. Lüsiferi onun yanıldığına inandırmaq üçün hədsiz Məhəbbətin və müdrikliyin qadir olduğu bütün hər şey edilmişdir. Narazılığınm əsassızlığı, qəzəbinin nəticələri - bütün bunlar hamısı ona açılmışdı. Lüsifer başa düşdü ki, o haqlı deyildir. O gördü ki, “Rəbb bütün yollarında adildir, hər işində sadiqdir” (Məzmur 145:17), ilahi qaydalar ədalətlidir və o, bunu bütün Səma qarşısında etiraf etməlidir. Lüsifer belə etsəydi, özünü və çox mələyi xilas edərdi. O vaxt o, Allahdan hələ tam dönməmişdi. Artıq əvvəlki kimi kölgə salan baş mələk olmasa da, Yaradanın müdrikliyini tanıyaraq və Allah tərəfındən ona göstərilən yeri tutmağa hazır olduğunu göstərərək Atanın yanına qayıtmaq istəsəydi, o yenidən öz əvvəlki hüquqlanna bərpa olunardı. Həlledici an çatmışdı: o, İlahi hakimiyyətə ya tam tabe olmalı idi, ya da açıq mübarizə etməli idi. O, bir qədər tərəddüd etdi və artıq öz Yaradanının yanına qayıtmağa hazır idi, lakin qüruru bunu etməyə imkan vermədi. Hamının qarşısında öz təqsirini etiraf etmək, öz düşüncələrinin yanlış olduğunu söyləmək və ədalətsizliyini sübut etməyə çalışdığı hakimiyyətə bütünlüklə tabe olmaq - bütün bunlar, onun fikrincə, əwəllər belə yüksək mövqe tutan üçün çox böyük qurban idi.AP 9.2

    Rəhmdil Yaradan dərin canıyananlıqla Lüsiferi və onun tərəfdarlannı yıxılmaqda olduqlan günah uçurumundan xilas etməyə çalışırdı. Lüsifer, Allahın çoxsəbirliyini öz üstünlüyünün sübutu kimi qiymətləndirdi və hesab etdi ki, vaxt gələcək, kainatın Padşahı onun tələbləri ilə razılaşacaqdır. O, mələkləri inandırmağa çalışırdı ki, əgər onlar ona tərəfdarlıqlarında möhkəm olsalar, istədiklərinə çatacaqlar. Lüsifer inadla öz mövqeyində duraraq, indi artıq Yaradanla açıq mübarizəyə başladı. Bax beləliklə də Lüsifer, “kölgə salan baş mələk”, Allah şöhrətinin iştirakçısı, Onun taxt-tacının qoruqçusu, günah üzündən iblis, şeytan, Rəbbin və müqəddəs mələklərin “düşməni”, ona tabe olanların məhvedicisi oldu.AP 10.1

    Allaha sadiq olan mələklərin dəlil və xahişlərini ikrahla rədd edərək, Lüsifer onları aldadılmış kölələr adlandırdı. Məsihə verilən üstünlüyü o, həm özünə, həm də səma sakinlərinə qarşı ədalətsizlik adlandırdı və elan etdi ki, daha onların və özünün hüquqlarına ehtiramsızlıq göstərilməsinə dözmək niyyətində deyildir və heç vaxt Məsihin ali hakimiyyətini tanımayacaqdır. O qətiyyətlə bəyan etdi ki, bu şöhrət ona məxsus olmalıdır və bütün arzu edənləri onun başçılığı altında birləşməyə çağırdı. O, vəd etdi ki, kim onunla birləşsə, yeni və daha yaxşı idarə altında azadlıqdan həzz alacaqdır. Mələklərin böyük hissəsi onun arxasınca getmək niyyətində olduqlarını bildirirdilər. Onun çağırışının qəbul edilməsindən ruhlanaraq, o, ümid edirdi ki, bütün mələkləri öz tərəfınə çəkərək Allahın özünə bərabər olsun və bütün səma sakinlərinə hakim olsun.AP 10.2

    Lakin onda da sadiq mələklər Lüsiferi və onun tərəfdarlarını Allaha tabe olmaları üçün dilə tutdular; onlara itaətsizliyin nəticəsi olacaq faciələrdən danışdılar. Onlar inandırırdılar ki, onların şıltaq inadkarlığını qırmaq və layiqincə cəzalandırmaq Allah üçün çətin bir şey deyildir. Heç bir mələk Allahın Özü kimi müqəddəs olan Allah Qanununa itaətsizlik edərək, cəzasız qala bilməzdi. Onlar məbklərə yalvarırdılar ki, Lüsiferin yalançı dəlilbrinə inanmasınlar. Onlar onu dilə tuturdular ki, ləngimədən öz tərəfdarlan ilə birlikdə Allahın yanına getsinlər və İlahi müdrikliyi və hakimiyyəti şübhəyə məruz qoymağa sövq edən yanılmaları və şıltaq cəsarətləri üçün Onun önündə tövbə etsinlər.AP 11.1

    Çoxları bu sözlərə qulaq asaraq öz günahları üçün tövbə etməyə və yenidən Ata ilə Oğulun xeyir-duasını almağa meyl edirdibr. Lakin Lüsifer daha yeni bir məkrli plan həyata keçirdi. Böyük araqarışdıran elan etdi ki, onun baxışlarını bölüşdürən mələklər özbrini o qədər ləkələmişdirlər ki, geri qayıda bilməzlər. O elan etdi ki, Səmanın nüfuzuna tabe olmaq istəyənlərin hamısı öz ləyaqətlərindən və mənsəblərindən məhrum ediləcəklər. Onun özünə qaldıqda isə, o, Məsihin ali hakimiyyətini daha tanımayacaqdır. O deyirdi ki, onun və tərəfdarlarmın yeganə çıxış yolu - öz azadlıqlarını müdafiə etməkdir və xoşluqla onlara vermək istəmədikbri hüquqlarım var gücbri ilə qorumaqdır.AP 11.2

    Həqiqətən, iblisin tövbə haqqında fıkirləşməsi artıq çox gec idi, lakin onun yoldan çıxartdığı mələkbrin məsələsi başqa cür idi. Günaha batmayan mələklərin onların halına acıması və hərarətli xahişbri yolunu azmışlar üçün ümid qapılarmı açdı. Əgər onlar xəbərdarlıq səsinə qulaq assaydılar, onda onları dolaşdıran iblis zəncirbrini qıra bibrdibr. Lakin qürur, öz başçılarına itaət, güclü qeyri-məhdud azadlıq istəyi onlara o dərəcədə hakim olmuşdu ki, onlara yalvaran İlahi Məhəbbətin və camyananlığın səsini eşitmədibr.AP 11.3

    Allah o vaxta qədər iblisə fəaliyyət göstərməyə icazə verdi ki, hələ narazılıq ruhu böyüyüb açıq üsyana çevrilməmişdi. Bu onun üçün vacib idi ki, iblisin niyyətləri və planları tam üzə çıxsın, onların əsl təbiəti və istiqaməti hamıya aydın olsun. Lüsifer, məsh edilmiş baş mələk, yüksək mövqe tuturdu, o, bütün səma sakinləri tərəfındən hərarətlə sevilirdi və onlar üzərində güclü təsirə malik idi. Allahın idarəsi yalnız Səmada yaşayanlar üçün deyil, Onun tərəfındən yaradılmış bütün dünyalar üçün idi. Lüsifer ümid edirdi ki, əgər o, səma mələklərini öz ardınca aparmağa nail olmuşdursa, bütün qalan dünyaları da özü üçün fəth edə biləcəkdir. Bu mübarizədə o, olduqca məharətlə fəaliyyət göstərirdi və öz məqsədinə nail olmaq üçün heç nəyi əsirgəmirdi. Onun yoldan çıxartmaq məharəti çox böyük idi. Elə hesab etmək olardı ki, o, yalançı salehlik örtüyünə bürünərək, hər hansısa vaxt ərzində müvəffəqiyyətə nail olmuşdu. Onun bütün fəaliyyətləri o dərəcədə maskalanmışdı ki, mələklər əvvəlcə onların əsl mahiyyətini başa düşə bilmədilər. Qiyamçı öz niyyətlərini o qədər ehtiyatla həyata keçirirdi ki, bu yalnız reallığa çevriləndən sonra mələklər onu ifşa edə bildilər. Hətta Allahın iradəsinə sadiq olan mələklər də tam müəyyən edə bilmirdilər ki, onun əməlləri nəyə aparıb çıxır.AP 11.4

    Lüsifer əvvəlcə öz azdıncı torunu elə məharətlə hörürdü ki, bu heç bir şübhə doğurmurdu. O, öz tərəfmə çəkə bilmədiyi mələkləri səma sakinlərinin maraqlarına biganəlikdə təqsirləndirirdi. Özünün etdiyi işləri sadiq mələklərin boynuna qoyurdu. O, mümkün olan bütün vasitələrlə Allahın niyyətlərinə qarşı anlaşılmazlıq yaymağa çalışırdı. Ən adi şeyləri o elə bir sirli örtüyə bürüyürdü ki, bu yolla Allahın qaydalarına şübhə etməyə məcbur edirdi. Əlbəttə, onun göylərdəki yüksək mövqeyi də böyük rol oynayırdı.AP 12.1

    Rəbb bu mübarizədə yalnız həqiqətə və ədalətə cavab verən vasitələrdən istifadə edə bilərdi, şeytan isə Allah üçün yolverilməz olan metodlardan - şirnikləndirmələrdən və yalandan istifadə edirdi. Şeytan var gücü ilə çalışırdı ki, Allahın Sözünü təhrif etsin və o, səmavi idarə sistemini yanlış izah edirdi. O deyirdi ki, Allah ədabtsiz olaraq Öz qanunlannı mələkbrə qəbul etdirmişdir və yaratdıqlarından itaət və sədaqət tələb etməkb O yalnız Özünün uca tutulmasını axtarır. Buna görə də bütün səma sakinbri və başqa dünyaların sakinləri əmin olmalı idibr ki, iblis yalan deyir, Allahın idarəsi ədabtli prinsipbrə əsaslanır və Onun qanunu kamildir. İblis isə özünün kainatın rifahı naminə çalışdığmı təsvir etmək istəyirdi. Buna görə də onun əsl xarakteri və əsl niyyətbri hamı qarşısında açılmalı idi. Onun şər işlərinin onun özünü ifşa etməsi üçün vaxt lazım idi.AP 12.2

    İblis özünün Səmada yaratdığı qarışıqlıqda Allahı və Onun idarə prinsiplərini təqsirləndirirdi. O təsdiq etməyə çalışırdı ki, bütün şər ancaq İlahi hakimiyyətin qeyri-kamilliyinin nəticəsidir. Lüsifer elan etmişdi ki, onun yeganə arzusu Allahın qaydalarını yaxşılaşdırmaqdır, buna görə də Allah imkan verdi ki, onun tələblərinin və İlahi qanunda etmək istədiyi dəyişikliklərin əsl mahiyyəti açılsın. İblisi öz əməlləri mühakimə etməli idi. Mübarizənin lap əwəlində iblis inandırmağa çalışırdı ki, qiyamda iştirak etmir. Buna görə də bütün kainat ifşa edilmiş yalançım görməli idi.AP 13.1

    Hətta iblis Səmadan qovulduqda da Hədsiz Müdriklik onu məhv etmədi. Çünki Allah yalnız məhəbbətə əsaslanan xidməti qəbul edə bilərdi, Allahın yaratdığı məxluqlann Ona olan sədaqəti İlahi ədalətə və məhəbbətə inamdan gəlməli idi. Əgər Allah iblisi o saat məhv etsə idi, onda səma sakinləri və başqa dünyaların sakinbri günahın əsl təbiətini, və onun nəticələrini dərk etməyə hazır olmadıqları üçün Allahın ədalətini dərk etməyə də bibrdilər. Bu halda onlar Allaha məhəbbətdən deyil, qorxudan xidmət edərdibr. Bu cür üsullarla iblisin təsirini məhv etmək və üsyan ruhunu dağıtmaq mümkün olmazdı. Bütün kainatın rifahı naminə Allah öz planını tam həyata keçirməyə iblisə imkan verdi ki, İlahi idarə formasının əleyhinə olan iblis ittihamları bütün Səma önündə ifşa olunsun və Allahın ədaləti, mərhəməti, Onun qanununun dəyişilməzliyi bir daha heç vaxt heç bir şübhəyə məruz qalmasınlar.AP 13.2

    İblisin Səmada qaldırdığı üsyan bütün kainat üçün əbədi dərs olmalı idi, günahın əsl təbiətinin və onun dəhşətli nəticələrinin əbədi sübutu olmalı idi. İblisin ağalığınm və onun həm insanlara, həm də məbklərə təsirinin nəticələri İlahi hakimiyyəti kənarlaşdırmaqla öz öldürücü təsirini göstərməli idi. Bu onu sübut etməli idi ki, Allahın yaratdığı bütün varlıqların səadəti Allahın idarəsi ilə təmin edilir. Beblikb də, Səmadakı dəhşətli üsyanın nəticələri bütün müqəddəs varlıqların əbədi olaraq günahdan uzaqlaşmalanna xidmət etməli idi.AP 13.3

    Yalnız bütün Kainatı İdarə Edən əvvəldən axıradək hər şeyi bilir, keçmişin və gələcəyin bütün sirləri Onun önündə açıq kitab kimidir; günahın törətdiyi dərd, zülmət və dağıntılara baxmayaraq, O, Öz məhəbbət və xeyir-dua məqsədlərinin həyata keçməsini görür. “Buludlar və zülmət Onun ətrafındadır, salehliklə ədalət taxtının təməlidir” (Məzmur 97:2). Gün gələcək ki, kainatın bütün günaha batan və batmayan sakinləri bunu başa düşəcəklər. “O, işbri kamil Qayadır, çünki bütün yollan haqdır, sadiq Allahdır və heç zaman haqsızlıq etməz, adil və doğru olan Odur” (Qanunun təkrarı 32:4).AP 13.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents